Arxiv
17 mart 2011, 14:57 | İQTİSADİYYAT
“Amnesty International”ın nümayəndələri Mətbuat Şurasına gəliblər

Martın 16-da “Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizen, həmin proqram üzrə tədqiqatçısı Natalia Nozadze və əlaqələndirici Maks Taker  Azərbaycan Mətbuat Şurasında olublar.

 

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə danışıb. O bildirib ki, Mətbuat Şurası yarandığı gündən, istər media peşəkarlığının artırılmasına, istərsə də mətbuatla dövlət qurumları arasında problemlərin həllinə yönələn müxtəlif tədbirlər həyata keçirib.

 

MŞ sədri Əflatun Amaşov, həmçinin, Azərbaycanda media sahəsində görülən işlər barədə məlumat verib. O, bu tədbirlər sırasında kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. «Mediamız gənc olduğundan problemlərdən də uzaq deyil. Bunlar istər jurnalist peşəkarlığını, istər jurnalistlərin informasiya ilə təminatını, istərsə də digər sahələri əhatə edir. Ən başlıcası iqtisadi problemlərdir. Onların aradan qalıdırılması istiqamətində işlər aparılır. Bu məqsədlə Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Fondu yaradılıb və qurum siyasi yönümündən asılı olamayaraq bütün mətbuat orqanlarına iqtisadi yardım göstərməkdə, onların ictimai sosial-iqtisadi,mədəni həyatın müxtəlif sahələrinə dair layihələrini maliyələşdirməkdədir”, - deyə o bildirib.

 

Şura sədri daha sonra, bildirib ki, rəhbərlik etdiyi qurum hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, daha iki istiqamətdə aktiv fəaliyyətdədir. Bunlardan birincisi, mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına dəstək məqsədilə reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin öyrənilməsi, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaqdır. «İkinci məsələ ilə bağlı ötən ilin martından ATƏT-lə birgə iş aparmaqdayıq. Ortaq layihə çərçivəsində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na əlavə və dəyişikliklər edilib. Beynəlxalq ekspertlərin iştirakı ilə baş tutan konfransda sənədin yeni variantı media ictimaiyyətinə təqdim edilib və bəyənilib. Burada əsas məqsəd diffamasiya mühitində jurnalist məsuliyyətini möhkəmləndirmək idi ki, peşə davranışı qaydalarının yeni, təkmil variantında məhz bu məqama diqqət yetirilib. İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq», deyə o vurğulayıb.

 

“Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizen ölkəmizə səfərlərinin məqsədlərindən danışıb. O, təmsil olunduğu təşkilatın Azərbaycanda  media  və insan haqları ilə bağlı geniş hesabat hazırladıqlarını bildirib. Bu məqsədlə onların bir sıra qəzet redaktorları, dövlət və qeyri hökümət orqanlarının rəhbərləri ilə görüşdükləri haqda məlumat verib. Con Dalhizen insan hüquqlarının qorunmasının demokratikləşmədə vacib amil olduğunu vurğulayaraq medianın prosesdə iştirakının və buna zəruri şərait yaradılmasının vacibliyini önə çəkib.

 

Görüşdə söz və mətbuat azadlığının müxtəlif aspektlərinə dair geniş fikir mübadilələri aparılıb.

 

   

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsu iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerika daha nümunə ola bilmir: Dünyanın heyrətlə baxdığı institutun iç üzü – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39