Modern.az

Braziliyada sarı qızdırmadan ölənlərin sayı 42-ə çatdı

Braziliyada sarı qızdırmadan ölənlərin sayı 42-ə çatdı

Aktual

28 Yanvar 2017, 10:08

Braziliya əhalisi sarı qızdırma xəstəliyindən əziyyət çəkir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə son bir neçə həftə ərzində sarı qızdırma xəstəliyindən ölənlərin sayı 42-ə çatıb.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər 107 şübhəli ölüm faktı yoxlanılıb.  Onlardan 42 nəfərin məhz bu xəstəlikdən öldüyü məlum olub.

Digər 65 nəfər barəsində yoxlamalar davam edir.

Həmçinin, sarı qızdırma xəstəliyinin simptomlarını daşıya biləcək 555 nəfər xəstəxanalara yerləşdirilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?