Modern.az

Razi Nurullayev AXCP adından imtina edir? - Partiya sədrindən AÇIQLAMA

Razi Nurullayev AXCP adından imtina edir? - Partiya sədrindən AÇIQLAMA

Aktual

17 Fevral 2017, 12:00

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına iddia edən Razi Nurullayevin rəhbərlik etdiyi siyasi təşkilat Ədliyyə Nazirliyi tərəfindən  qeydiyyata alınmayıb.

Modern.az
saytına daxil olan məlumata görə, Razi Nurullayev Ədliyyə Nazirliyindən gözlədiyini ala bilmədiyindən partiyasının adını dəyişmək haqda düşünür.


Xatırladaq ki, AXCP ilə bağlı oxşar hal bir dəfə də yaşanıb. Hazırda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına rəhbərlik edən deputat Qüdrət Həsənquliyev 2000-ci illərin əvvələrində AXCP-dən ayrılan qanadı Ədliyyə Nazirliyindən Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə qeydiyyata aldırmaq istəsə də, bu, baş tutmamışdı. Və nəticədə Qüdrət Həsənquliyevin təşkilatı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adını götürməyə məcbur olmuşdu.


Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Razi Nurullayev deyib ki, o, ad məsələsini dəyişməyə tələsmir.


“Doğrudur ki, mənim rəhbərlik etdiyim Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçəməyib, amma eyni zamanda bu, digər tərəf üçün də keçərlidir.  Hər iki tərəf havada qalıb. Təbii ki, biz özümüzü hüquqi cəhətdən daha haqlı tərəf kimi görürük və sonunda nəticəyə ümid edirik. Ümid etdiyimizə görə hələ başqa metodlar, variantlar barədə düşünmürük. Gündəmimizdə ad dəyişməklə bağlı bir format yoxdur, müzakirə etməmişik. Ədliyyə Nazirliyi ilə məhkəmələrdə çəkişmələr davam etdirilir. Sadəcə, müəyyən zaman bizdə də ruh düşkünlüyü yaranmışdı. Azərbaycan məhkəmələrinin ədalətli mövqeyinə ümid etmək də sadəlövhlük olardı.
Digər AXCP-nin qeydiyyata alınıb, bizim AXCP-nin qeydiyyata alınmamasına ümid etmirəm. Ona görə də bu barədə danışmağı yersiz görürəm. Çünki bunun mümkün olacağına inanmıram. Əgər mümkün olarsa, yaranmış vəziyyətə uyğun müzakirə edib nələrsə düşünmək olar.
Amma nələr düşünüləcək, nələr ediləcək bununla bağlı indidən fikir irəli sürmək doğru olmaz”.  


Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır