Paytaxtda küçədə gənc qızları döyüblər. Modern.az lent.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən 29 yaşlı Günel, 25 yaşlı Ayşən və 29 yaşlı Vüsalə adlı 3 qız Qayıbov küçəsi 2090-cı məhəllədə tanımadıqları şəxslərin hücumuna məruz qaldıqlarını bildiriblər.
Onlar qeyd ediblər ki, gecə saatlarında 2 oğlan onlara yaxınlaşıb və daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman həmin şəxslər qadınlara zərbələr endirərək onlara qarşı xuliqanlıq ediblər.
Müraciət əsasında araşdırma aparılır.
Modern.az