Modern.az

Əfv fərmanının imzalanacağı gözlənilir

Əfv fərmanının imzalanacağı gözlənilir

14 Noyabr 2009, 11:46

2009-cu ilin sonunadək Azərbaycanda növbəti əfv fərmanı imzalana bilər. Modern.az xəbər verir ki, bu barədə Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib. Onun sözlərinə görə, əfv üçün məhbuslardan daxil olan ərizələrə baxılıb və komissiyaya təqdim olunub.
E.Axundova deyib ki, Əfv Komissiyasında müzakirələrin yubanmasının əsas səbəbi martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın təşəbbüsü ilə ilin əvvəlində qəbul edilən Amnistiya Aktı ilə bağlı olub. "Amnistiya ilə azadlığa buraxılanlar arasında bizə əfv üçün müraciət edən məhbuslar da var. Həmin məhbusların siyahısı artıq ayrılıb".
Deputatın sözlərinə görə, əfv üçün müraciət edən 1000 nəfərdən çox məhbusun demək olar ki, yarısına amnistiya şamil olunub: "Düşünürəm ki, bu çətin proses başa çatdığından komissiyanın müzakirələrə başlaması gözlənilir. Bu səbəbdən ilin sonlarında əfv fərmanının imzalanacağı mümkündür". Millət vəkili onun özünə 100-ə yaxın məhbusun əfv üçün müraciət etdiyini qeyd edib.
1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı 4858 məhkuma şamil olunub.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi