Modern.az

Ermənilər Ağdamda qanunsuz qazıntılar aparırlar

Ermənilər Ağdamda qanunsuz qazıntılar aparırlar

4 Avqust 2017, 10:46

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işləri aparır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində aparılan qazıntı nəticəsində dolça aşkar edilib.

 

Qazıntı işlərini Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

 

Məlumata görə, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal olunur. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır