Arxiv
4 Avqust 2017, 11:37 | AKTUAL
Jurnalistlər üçün ən yaxşı məqalə müsabiqəsi elan edildi  

Neftin qiymətlərinin aşağı düşməsi fonunda yaranmış maliyyə böhranı, Azərbaycanda milli valyutanın devalvasiyası, inflyasiyanın artması cəmiyyətində bir sıra neqativ tendensiyaları üzə çıxarıb. İşsizlik, gəlirlərin azalması, əhalinin müəyyən təbəqəsinin borc içində olması və s. sosial-psixoloji vəziyyəti gərginləşdirib. Əhalinin xüsusilə aztəminatlı və risq qruplarında təmsil olunan təbəqəsi ölkədə gedən prosesləri çətin keçirir. Bu vəziyyətdən necə çıxacaqlarını bilmir, onların gələcəyə olan ümid və inamları sarsılır. Nəticədə cəmiyyətdə bir sıra neqativ halların, eləcə də sosial bəla olan intiharların sayının durmadan artmasının şahidi oluruq.

Bu problemlərin həllinə dəstək məqsədilə “Qadın Liderliyi Uğrunda” İB QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirir.

Modern.az-ın məlumatına görə, İB bu layihə çərçivəsində “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsini elan edir.

Müsabiqənin şərtləri:

-    Məqalələr maksimum 10 min işarə olmalıdır;

-    Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dilində ola bilər (məqalənin xarici dildə olması üstünlük sayılmayacaq);

-    Müsabiqədə yalnız müvafiq KİV-də (qəzetlər, jurnallar, agentliklər və on-line saytlar) işləyən və ya onlarla mütəmadi əməkdaşlıq edən jurnalistlər iştirak edə bilərlər;

-    Hər bir iştirakçı müsabiqədə yalnız bir məqalə ilə iştirak edə bilər;

-    Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır;

- Məqalənin sonunda müəllifin adı və bu qeyd yazılmalıdır: “Məqalə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur”.

Layihə iştirakçılarının işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Qiymətləndirmə meyarları:

 

-          Məqalədə real hadisə və faktlara istinad edilməlidir;

-          Problemin yaranma səbəblərinin təhlili və onun həllinə kömək edəcək mexanizmlər (təkliflər) təqdim olunmalıdır;

-          Material mövzunu dolğun əhatə etməlidir;

-          Araşdırma keyfiyyətli olmalıdır;

-          Oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsi nəzərə alınmalıdır;

-          Məqalə peşəkar səviyyədə yazılmalı və orijinal sərlövhə ilə diqqəti cəlb etməlidir;

-          On-line məqalələrin mövzu ilə əlaqəsi olan şəxslərdən gətirilmiş sitatlarla, videosüjetlərlə zənginləşdirilməsi arzuolunandır və üstünlük kimi nəzərə alınacaq

-          Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması, maksimum çox oxucuya çatdırılması arzuolunandır.   

 

Məqalədə tərəfsizliyin qorunması vacibdir. Zorakılığın, intiharların çıxış yolu olmadığı, problemlərdən azad olmaq üçün hansı yolların seçilməsinin daha düzgün olacağı əsaslandırılmalıdır.  
 

Qaliblər 3 yer üzrə mükafatlandırılacaq:

1-ci yerin qalibi – 500 AZN;

2-ci yerin qalibi – 300 AZN;

3-cü yerin qalibi - 100 AZN.

 

Müsabiqə 5 avqust-5 oktyabr tarixlərini əhatə edir.

 

Müsabiqədə iştirak edən şəxslər məqalənin dərc olunmuş variantını (əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını) və ya on-line variantının linkini öz şəxsiyyət vəsiqələrinin və press-kardlarının surətləri, əlaqə telefonları və e-mailləri, özləri haqqında qısa təqdimatla birlikdə [email protected][email protected] e-mail ünvanlarına göndərməli, məktubun mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.

 

Müsabiqə ilə bağlı əlavə suallar olarsa, [email protected] ünvanına və ya 050 337 80 71 nömrəsinə müraciət edə bilərsiz.

Məqalələr və müvafiq məlumatlar dərc olunduğu gündən etibarən 5 oktyabr 2017-ci il tarixinə qədər (həmin gün saat 00:00-dək də daxil olmaqla) göstərilən ünvana göndərilməlidir. 

 

Müsabiqəyə göndərilmiş materiallar 5 mütəxəssisdən ibarət komissiyaya təqdim ediləcək. Onlar həmin məqalələri 10 ballıq qiymətləndirmə sistemi üzrə qiymətləndiriləcəklər. Ən çox bal toplamış məqalələr qalib elan ediləcək.

Qaliblərin adları 15 oktyabr 2017-ci il tarixində elan olunacaq. Onlara müvafiq mükafatlar və diplomlar təqdim ediləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50