Modern.az

MTN generalının məhkəməsində mübahisə düşdü

MTN generalının məhkəməsində mübahisə düşdü

4 Avqust 2017, 12:06

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahidlər dindirilib.

 

Zərərçəkən Malik Mustafevin epizodu üzrə bacısı İradə Hümbətova ifadə verərək deyib ki, onun evində MTN əməkdaşları axtarış aparıblar.

 

M.Mustafayev isə əlavə edib ki, həm bacısının, həm də MTN polkovniki olan və intihar edən qardaşı Malik Mustafayevin evində qanunsuz axtarış aparılıb: "Qardaşımın ölümündə Elçin Quliyev günahkardır". 

 

Onun bu ifadəsinə general Elçin Quliyev sərt reaksiya verib və M.Mustafayevə müraciət edərək bir də əlini ona tərəf uzatmamasını deyib.

 

Tərəflər arasında mübahisə yaranıb, hakim hər iki şəxs xəbərdarlıq edib. M.Mustafayevin hərəkətləri aktlaşdırılıb.

 

***

 

İradə Hümmətova deyib ki, MTN əməkdaşları əvvəlcə səhvən qonşu evdə axtarış aparıblar:

“Mən yoldaşımla işdən qayıdanda gördüm ki, küçəmiz qara paltarlı adamlar tərəfindən bağlanılıb. Qonşular dedilər 15 nömrəli evdə, İldırım Rüstəmova məxsus evdə MTN axtarıpş aparır. Təxminən 1 saat sonra onlar getdilər, küçə də boşaldıldı. MTN-çilər həmin evdə İldırımın övladının toy əşyalarını, bağlamalarını açıb töküblər ortalığa. İldırma deyiblər evində silah var, o da belə bir şey olmadığını deyib və kimin evə gəldiklərini soruşub. MTN əməkdaşları deyiblər ki, Tofiq Hümmətovun evinə gəlmişik. Onda İldırım deyib ki, Tofiqin evi 13 nömrəlidir. Bundan sonra MTN-çilər o evdən çıxıb gediblər.

Biz öz evimizə girəndən yarım saat sonra bacımgilə getmək üçün çıxdıq. Yoldaşım maşını qarajdan çıxaranda silahlı 15-16 nəfər həyətə girdi.

 

İki nəfər də hasardan keçib qaynım Tahir Hümmətov həyətinə girdi. Bu vaxt onun uşaqları qorxaraq qışqırmağa başladılar. Tofiqin evindəki əşyaları həyətə tökdülər, qaynım evdə deyildi, zəng edib çağırdıq. Bizim evdəki axtarışa Elşən Murtuzov, qaynımın evindəki axtarışa Samir Əliyev rəhbərlik edirdi. Biz axtarış zamanı çəkiliş aparılmasını tələb etsək də, yerinə yetirmədilər”.

 

General  Elçin Quliyev deyib ki, Malik və Mətləb Mustafayevlərin epizodu üzrə heç bir günahı yoxdur: 

 

“Malikin intihar etməsinin səbəbi qardaşı Mətləbin məsuliyyətsiz olmasıdır. Malik peşəkar işçi idi, onunla münasibətlərimiz olub. Sonuncu dəfə Malik Mustafayevlə xidməti otağımda görüşdük. Həmin zaman onun mənə dediklərini qapalı iclasda deyəcəyəm". 

E.Quliyev əlavə edib ki, qeyd edilən evlərdə axtarışı  Antiterror Mərkəzi aparmayıb. 

M.Mustafyev generaldan soruşub ki, bəs onda mərkəzinin əməkdaşları niyə axtarışda iştirak ediblər. 

E.Quliyev suala cavab verməyib.

Məhkəmə prosesi avqustun 18-də davam etdiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI