Arxiv
4 Avqust 2017, 14:37 | AKTUAL
ADU-da “CLS Azerbaijani” Proqramının bağlanış mərasimi oldu - FOTOLAR

Avqustun 4-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramının bağlanış mərasimi keçirilib.

 

Bağlanış mərasimində ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Rey Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip, tələbələrə Azərbaycan dilini tədris edən müəllimlər, dil həmkarları, eyni zamanda amerikalı tələbələr iştirak edib.

 

Azərbaycan dilini öyrənmiş amerikalı tələbələrin bu işin öhdəsindən yüksək bacarıqla gəldiklərini deyən J.Qəribova proqram çərçivəsində 7 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycan xalqının mədəniyyəti,dili vətarixi ilə daha yaxından tanış olduqlarını söyləyib.

 

Tələbələrdə bu dili öyrənməyə böyük maraq gördüyünü deyən J.Qəribova ənənəyə sadiq qalaraq əlaqələrin davam edəcəyinə ümid etdiyini vurğulayıb. J.Qəribova proqramın icrasında dəstəkgöstərənlərə təşəkkürünü bildirib, tələbələrə uğurlar arzulayıb.

 

ABŞ səfirliyinin əməkdaşı R.Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru C. Blakenşip tələbələrin Azərbaycan dilinə yiyələnmələri üçün yaratdıqlarışəraitə görə universitet rəhbərliyinə və əməyi keçənlərə təşəkkür edib, tələbələrə uğurlar arzulayıblar.

 

Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.

 

Daha sonra ölkəmiz haqqında öz təəssüratlarını bölüşən amerikalı tələbələr musiqisi Emin Sabitoğlu və sözləri Fikrət Qocaya aid olan “Payız gəldi” mahnısını ifa ediblər.

 

Bakıda və rayonlarda amerikalı tələbələrin müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.

 

Sonda amerikalı tələbələrə, dil həmkarlarına və Azərbaycan dilini tədris edən müəllimlərə hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramı çərçivəsində Azərbaycan dilini öyrənən amerikalı tələbələr proqram müddətindəBakıda Qız Qalası, Yanardağ, Şirvanşahlar Sarayı, Atəşgah məbədi, Palçıq vulkanları, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, həmçinin muzeylər və digər görməli yerlərdə olublar.

 

Eyni zamanda rayonlara təşkil olunansəfər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. Tələbələr Azərbaycan mətbəxi ilə də tanış olaraq qutabın hazırlanması qaydasını öyrəniblər. Proqram müddətində tələbələrə dil və mədəniyyət mövzularında mühazirələr də təşkil olunub. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13