Arxiv
1 Sentyabr 2017, 12:59 | AKTUAL
Ukrayna nümayəndə heyəti ilə köçkün problemi müzakirə edilib

Azərbaycana rəsmi səfəri çərçivəsində Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tukanın başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Modern.az xəbər verir ki, ukraynalı qonaqlar Fondun fəaliyyəti ilə tanış olub.

 

BAMF prezidenti Umud Mirzəyev təşkilatın 25 il ərzində vətəndaş cəmiyyətinin inkişafı və qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlərdən danışıb.

BAMF-ın həyata keçirdiyi humanitar layihələr barədə məlumat verən U. Mirzəyev bildirib ki, Fond müxtəlif beynəlxalq strukturlar, BMT agentlikləri, Azərbaycandakı diplomatik missiyalarla fəal əməkdaşlıq edir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən danışan U. Mirzəyev deyib ki, bu gün etnik təmizləməyə, əraziləri işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir.

 

Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tuka Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. O bildirib ki, ölkəsi qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları uyğun olaraq normativ hüquqi sənədlərin hazırlanıb tətbiq edilməsində Azərbaycanın qazandığı təcrübədən yararlanmağa xüsusi əhəmiyyət verir. 

 

O, konfliktin yarandığı vaxtdan beynəlxalq strukturlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə kifayət qədər diqqətin ayrılmamasına və Azərbaycana yardımın edilməməsinə öz təəccübünü ifadə edib.

 

Ukraynanın nümayəndə heyəti BAMF-ın müharibədən zərər çəkmiş ərazilərdə minalardan təmizlənmə üzrə qrupunun fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin, strukturlar arasında məhsuldar əməkdaşlığın qurulması imkanları müzakirə olunub.

 

Görüşdə Nazirliyin şərq regionları üzrə idarəsinin rəhbəri Denis Taçiy, vətəndaşlarla iş şöbəsinin baş mütəxəssisi Dmitriy Panşin, Donetsk regionu üzrə sektor müdiri Alla Nazarenko və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Məhəmməd Məhərəmmov da iştirak edib. 

Görüşdən sonra nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini yad ediblər.

Azərbaycan xalqı ilə həmrəy olduğunu dilə gətirən Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tuka, 20 Yanvar və Xocalı faciələrinin qurbanlarının xatirəsinə ehtiramını bildirib.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus xəstəsi barədə cinayət işi başlanıldı 1 Dekabr 2020, 10:10 Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO 1 Dekabr 2020, 10:04 28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 09:58 Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?