Arxiv
1 Sentyabr 2017, 16:53 | AKTUAL
Aşağı büdcəli "Buta Airways” ilk reysini həyata keçirib

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti olan “Buta Airways” bu gün ilk reysini Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gerçəkləşdirib. Modern.az APA-ya istindən xəbər verir ki, Tbilisi beynəlxalq aeroportunda təyyarənin rəsmi qarşılanma mərasimi keçirilib. İlk aviareysin sərnişinlərini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Buta Airways”in nümayəndələri qarşılayıblar. Aeroportda jurnalistlərə açıqlama verən “Buta Airways” şirkətinin baş direktoru Cəmil Manizadə bildirib ki, ilk reysə tələbat təxminən 100% səviyyəsində olub. O deyib ki, aviaşirkətin biletlərini 2 ay öncədən əldə etmək ən optimal variantdır: “Artıq noyabr ayı üçün kifayət qədər bilet satışını həyata keçirmişik. Hazırda Bakıdan Moskvaya, Kazana, Mineralnıye Vodıya, habelə Moskva-Gəncə aviareyslərinə bilet satışı açıq elan olunub”.

 

C. Manizadənin sözlərinə görə, qış aylarında uçuş coğrafiyası Sankt-Peterburq, İstanbulun Sabiha Gökçen hava limanları ilə genişlənəcək: “Hazırda “Buta Airways” üçün potensial istiqamətlər nəzərdən keçirilir. Biz daha çox tələbat olan istiqamətlər üzrə uçuşlara başlamışıq. Ancaq əminliklə deyə bilərəm ki, bu sahədə genişlənmə olacaq”.

 

Qeyd edək ki, ilk mərhələdə aviaşirkət Tbilisidən əlavə Bakıdan Moskva (“Vnukovo” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

 

Xatırladaq ki, loukost aviaşirkət olaraq “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir. Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir. Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.

 

“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz paylanılır. Jurnal həm Azərbaycan vətəndaşlarına, həm də Heydər Əliyev Hava Limanı vasitəsilə səyahət edən qonaqlara və tranzit sərnişinlərə eyni dərəcədə maraqlıdır. Jurnalda Azərbaycanda və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?