Arxiv
16 İyun 2011, 20:32 |
Kəmaləddin Heydərov: “İstəmirdim ki, mahnılarımın altında adım getsin”

“...Əvvələr də mahnılar bəstələmişdim, musiqilər yazmışdım...”

Cəmiyətdə tutduğu mövqedən, vəzifədən asılı olmayaraq, hər bir insanın maraq dairəsi, hobbisi var. Azərbaycan məmurları arasında da belə şəxslar az deyil. Populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Modern.az-ın məlumatına görə, mahnılarını "Kamal" imzası ilə bəstələyən nazirin nota köçürdüyü bəstələr belə demək olar ki, hətta peşəkar bəstəkarların musiqilərni kölgədə qoya bilir.
Məsələn, bəstəkarın 2009-cu ildə işıq üzü görən “Sənə güvəndiyim dağlar” adlı 4 diskdən ibarət olan albomunda “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Xalq Heydər söyləyəcək”, “Ayrılığa dözmərəm” kimi populyar mahnılar yer alır.
Kəmaləddin Heydərovun mahnılarını xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, müğənni Röya kimi tanınmış ifaçılar ifa ediblər.

Onun bəstələdiyi və populyar olan “Xalq Heydər söyləyəcək” mahnısı özünün lirik tonu və həzinliyi ilə yadda qalıb. K.Heydərov İctimai Televiziyanın mərhum Heydər Əliyev haqqında çəkdiyi telefilinmdə ilk dəfə olaraq bu mahnı və özünün musiqi fəlaliyyəti ilə bağlı danışıb.

“Xalq Heydər söyləyəcək” mahnısının yaranma tarixi barədə məlumat verən Kəmaləddin Heydərov qeyd edib ki, mərhum prezidentlə bağlı düçüncələrini musiqi ilə ifadə etmək onun çətin olub.

“Onun haqqında düşüncələrimi müsiqi ilə ifadə etmək mənim üçün daha çətin məsələ idi.  Çünki bu mahnı, onun  hansı janrda və mövzuda olması bir anda düşünülüb qısa müddətin məhsulu ola bilməzdi. Amma nəsə eləmək istəyirdim də. Bunu ilk dəfə olaraq söyləyirəm... Əvvələr də mahnılar bəstələmişdim, musiqilər yazmışdım. Amma ürəyimdən keçirdi ki, bu dahi şəxsiyyət haqqında da bir əsərim olsun”-deyə Kəmaləddin Heydərov vurğulayıb.

Fövqəladə hallar naziri bu ideyasını şair Baba Vəziroğluna deyib. “Mən ideyamı və fikrimi Baba Vəziroğluna söylədim. İlkin müzakirədən sonra mahnının kimin oxuyacağını düşündük. O saat ikimiz də fikirləşdik ki, bu mahnını Ağadadaş Ağayev oxumalıdır. Sonra qərara aldıq ki, tək bir müğənni ifa eləməsin. Mahnını bir neçə bizim tanınmış muğənnilər ifa elədilər. İlk dəfə səslənən kimi mahnı çox gözəl alındı”.

Bəstəkar Kamal vurğulayıb ki, mahnı 1998-ci ildə prezident Heydər Əliyevin 75 illik yubileyinə hazırlanıb.
“1998-ci ilin mayın 8-də mahnı tam hazır idi. Hətta saatı da yadımdadı. 1998-ci may ayının 10-da mahnı səsləndirildi. Mahnı “Koroğlu” operasının üverturası ilə başlayır. Daha sonra “Azərbaycan” mahnısı ilə davam edir. Ona həsr edilmiş bu mahnı Heydər Əliyevin çox sevdiyi mahnı idi. Müslüm Maqomayevin ifa etdiyi o mahnı səslənəndə biz həmişə Heydər Əliyevi düşünrdük. Daha sonra bu əsərə Sevil Əliyevanın “Ana mahnısı”dan bir parça qoymuşuq. Mərhum prezident  bu müsiqini çox sevirdi. Ən sonda, müsiqi qurtaranda mərhum liderin çox sevdiyi “Ala göz” mahnısından bir neçə not səslənir”. 

K.Heydərov bildirir ki, o adətən müəllifi olduğu mahnıların altında öz adının tam yazılmasını getməsini istəməyib, bəstələr “Kamal” imzası ilə tanınıb. Amma “Xalq Heydər söyləyəcək” mahnısı hazır olduqdan sonra bəstəkarı necə təqdim etmək barədə müzakrə aparılıb.
“Mən çox da istəmirdim ki, müsiqilərimin altında adım getsin. Düzdür, musiqi ilə məşğul olmaq mənim hobbimdir. Amma o mahnının müzakirəsi zamanı da məsləhət belə oldu ki, “Kamal” yazılsın”.

FHN rəhbəri vuğulayıb ki, dövlətçilyi qurmaq, müstəqilyi aşılamaq və dövlətin gələcək yaşamasını təmin etmək Heydər  Əliyevin vaxtına, bəxtinə və şansına düşüb.
“Bunu heç kəs dana bilməz. “Mən fəxr edirəm ki Azərbaycanlıyam” ifadəsi altında nələr durur? 50 milyonluq xalqın ayağa qaldıran kəlmə idi”-deyə nazir qeyd edib.

“Bu mahnının müəllifi başqa adam olsaydı da mən eyni hissləri keçirdərdim. Xoşbəxtəm ki, o mahnının müəliflərindən biri mənəm”-deyə Kəmaləddin Heydərov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik.K.Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonu Çeşməbasar kəndidnə anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji -kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqalədə hallar naziri vəzifəsinə təyin edilib.

Atası Fəttah Heydərov Naxçıvanda mühüm dövlət vəzifələrində çalışıb. 1983-cü ildə Naxçıvan MR mədəniyyət naziri işləyib. Hazırda Milli Məclisin deputatıdır.

Kəmaləddin Heydərovun ən populyar "Səndən nigaranam" adlı mahnısı Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayevanın ifasında gənclər tərəfindən çox sevilir. Musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan mahnı:




Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat Milli Məclisdə sərt DANIŞDI: “Sizin fəaliyyətiniz nədən ibarətdir?” 22 Oktyabr 2019, 12:16 YAP-ın Gəncə təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradıldı - VİDEO 22 Oktyabr 2019, 12:05 Sabah 25 dərəcə isti olacaq – PROQNOZ 22 Oktyabr 2019, 12:04 “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb 22 Oktyabr 2019, 11:55 “BakıBUS” avtobuslarını necə qoruya bilir... 22 Oktyabr 2019, 11:44 Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm” 22 Oktyabr 2019, 11:42 "Formula 1"Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı 22 Oktyabr 2019, 11:42 “Bakı Metropoliteni” qatarların intervalındakı gecikməyə AYDINLIQ GƏTİRDİ 22 Oktyabr 2019, 11:39 Marneulidə soydaşlarımız üçün möhtəşəm konsert təşkil olunub - FOTOLAR 22 Oktyabr 2019, 11:20 BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib 22 Oktyabr 2019, 11:12 Baş prokuror bu rayonların sakinlərini qəbul edəcək 22 Oktyabr 2019, 11:04 Dərbənd topu 22 Oktyabr 2019, 11:03 Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ 22 Oktyabr 2019, 10:56 Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Akademiyasına üzv oldu 22 Oktyabr 2019, 10:56 İmtahanlarda zal nəzarətçisi olmaq istəyən 518 nəfər qeydiyyatdan keçib   22 Oktyabr 2019, 10:50 Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı 22 Oktyabr 2019, 10:47 Deputatlar feministlərin Bakıdakı aksiyasını qanunsuz hesab edirlər 22 Oktyabr 2019, 10:40 Türk iş adamından təklif: “Türkiyə məktəblərində Azərbaycan, Avropada Qarabağ...” 22 Oktyabr 2019, 10:34 Təhsil Nazirliyində yeni TƏYİNATLAR - FOTO 22 Oktyabr 2019, 10:21 “Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır” 22 Oktyabr 2019, 10:20 Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?.. 22 Oktyabr 2019, 10:16 Dünya yenidən Bakıya toplanır 22 Oktyabr 2019, 10:11 Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanıldı 22 Oktyabr 2019, 10:00 Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib 22 Oktyabr 2019, 09:55 1874 uşağa reabilitasiya xidmətləri göstərilib 22 Oktyabr 2019, 09:53 “Məndən heç nə soruşmayın”- Baş Nazirin 74 yaşlı 1-ci müavini YAQUB EYYUBOV 22 Oktyabr 2019, 09:49 Goranboyda gözlənildiyindən çox pambıq yığılıb 22 Oktyabr 2019, 09:43 Baş Nazir Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. 22 Oktyabr 2019, 09:39 Ermənilər Qazax və Tovuzu atəşə tutdu 22 Oktyabr 2019, 09:35 "Qızıl top"a iddialılar məlum oldu 22 Oktyabr 2019, 09:32  “Nəsimi dühası-650 il” 22 Oktyabr 2019, 09:30 Yaponiya İmperatoru bu gün taxta çıxır 22 Oktyabr 2019, 09:01 Məşhurların son günü - “Təcili yardım gələnə qədər atam canını tapşırdı” - Məhəbbət Kazımovun oğlu - FOTOLAR 22 Oktyabr 2019, 08:50 Laçın dağ-atıcı alayının şəhidləri anıldı 22 Oktyabr 2019, 08:49 Bu gün Çempionlar Liqasında 3-cü tur başlayır - TƏQVİM 22 Oktyabr 2019, 08:31