Arxiv
21 Noyabr 2017, 16:37 | MƏDƏNİYYƏT
İran Aşıqlar Birliyindən Azərbaycan Aşıqlar Birliyinin sədrində SƏRT CAVAB

“Mən bir müddət əvvəl demişdim ki, “İranda Aşıq Ədalətin adına bir məclis keçirmək qərarındayıq. Amma İranda 2 ay Məhərrəm və Səfər aylarında heç bir festival keçirilməz. Məcburən, 2 aydan sonraya qaldı”. Mən dediyim sözü ağasıyam və bilin ki, təkcə mən yox İranda bütün aşıqlar Dədə Ədalətə həmişə böyük məhəbbət bəsləyiblər”.


Bunu Modern.az-a yazdığı məktubda  İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi bildirib. O, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının İran Aşıqlar Birliyinin ünvanına səsləndirdiyi ittihamlara etiraz edib:

Mən bilmirəm Məhərrəm Qasımlı osözlərin altından necə çıxacaq və nəyin də əsasında belə söyləyib. Modern.az-a müsahibəsində deyib ki, “İranda Aşıqlar Birliyi adında rəsmi təşkilat yoxdur. Orada 20-yə yaxın belə adam özündən təşkilat uydurub. Səlcuq Şahbazi də həvəskar adamlardan biridir”.
Bu adam həddini aşaraq, belə deməklə bizi bir növ təhqir edir. Ona deyin ki, inanmırsa ya İranın Azərbaycandakı səfirinə ya da Azərbaycanın İrandakı səfirinə rəsmi məktub yazıb, soruşsun ki, bizdə Aşıqlar Birliyi var yoxsa yox?
Məhərrəm Qasımlı “İranda Aşıqlar Birliyi yoxdur” deməklə elə onu tanıyan nazirliyin fəaliyyətinə niyə qara yaxır? Axı iran Aşıqlar Birliyinin Tehranda keçirilən möhtəşəm açılış tədbirinə bizim rəsmi dəvətimizə əsasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də və Azərbaycanın Tehrandakı səfiri də iştirak edirdi. Belə çıxır ki onlar hara və nəyə getdiklərini bilməyiblər? Ya da ki, İranın dövlət adamları o tədbirdə niyə iştirak etdiklərini bilmirdilər? Ya da ki bizim rəsmi dəvətimiz əsasında Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi dəfələrlə bizim tədbirlərə nümayəndə göndərəndə səhv edib?”.


Səlcuq Şahbazi Məhərrəm Qasımlının onun tanımaması haqda dediklərilə də razılaşmayıb:

“Məhərrəm Qasımlı deyir ki, “Səlcuq Şahbazi adında adam tanımıram”. O məni necə tanımır ki, mən Bakıda keçirilən iki aşıq festivalında iştirak etmişəm (2010 və 2014). Belə çıxır ki onun heç o festivallardan xəbəri olmayıb? Necə məni tanımır ki Bakıda aparıcısı olduğu tədbirlərdə mənim adımı elan edib, çıxış üçün söz verib (bunları təsdiq edəcək videolar var əlimdə)”.


Səlcuq Şahbazi bildirib ki, Tehranda Aşıq Ədalətin adına festival keçirmək və özünü də dəvət etmək istəyib:

"Festival keçirib Dədə Ədalətin şöhrətini İranda bir az da yaymaq istəmişəm.O zaman xəstə deyildi. Bu haqda Bakıda onun öz evində söhbətimiz olub, o da razılaşmışdı. Həmin söhbətdə mənimlə birlikdə böyük şairimiz Şəhriyarın oğlu da olub. Dediklərimi sübut edəcək səs yazısı da var əlimdə.

Amma elə ki bu xəbər Məhərrəmə çatdı, Ədaləti cürbəcür bəhanələrlə qoymadı Tehrana gəlməyə. O vaxtlar bunu boynuna almırdı ki, “Ədalət özü getmədi, mənlik deyil”. Amma indi heç olmasa etdiklərini boynuna alır. Qaldı ki, Dədə Ədalətin müaicəsinə kömək etməyə, bəli, mən demişəm gəl Tehrana bütün xərclərini də özüm çəkəciyəm. Bunu da Dədə Ədalətin və sənətin qarşısında özümə borc bilmişəm. Bəs görəsən Məhərrəm özü hansı yardımı göstərdi Dədə Ədaləti sağaltmaq üçün? Mən iki il əvvəl Azər Xanlaroğlu üçün də eyni təklifi etmişdim. O zaman sizin mətbuata müsahibə verən Məhərrəm Qasımlı isə demişdi ki, “Azər Xanlaroğlu Dədə Ədalət deyil ki, ona görə mən ölkənin böyüyünə müraciət edim”. Yaxşı bəs nə oldu, Ədalətin özü xəstələnəndə niyə eləmədi bunu? Dədə Ədaləti Tehrana dəvət etməkdə guya mənim məqsədimin pul qazanmaq olduğunu deyən Məhərrəm Qasımlı görəsən mən onu məhkəməyə çəksəm, dediklərini necə sübut edəcək? Amma mən deyə bilərəm ki, o özü hər şeydə pul güdür. Ondan soruşun görək aprel ayında Moskvaya nəyə getmişdi? Borçalı aşığı Ramin Moskvada konert verib pul qazanmaq istəyirdi, bəs Məhrrəm niyə getmişdi ora? Konsertin afişinə öz şəklini də vurdurmuşdu. Özü də Ramin başqa ölkədən ola-ola. İnanmırsınızsa internetdə axtarıb afişi tapa bilərsiniz. Məhərrəm Qasımlı mənim adıma dedikləri şər və böhtana görə mütləq cavabını alacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42