Arxiv
14 Fevral 2018, 10:18 | AKTUAL
Təhsil verənlərin peşəkarlıq səviyyəsi artırılır

Bazar iqtisadiyyatının qaydaları  yeniləşən cəmiyyətimizin  qarşısında  önəmli  sosial  sifariş qoyur: yeni düşüncə tərzinə, təfəkkürə, hərtərəfli dünyagörüşünə malik  insan yetişdirmək.  Bu sosial sifariş tədris prosesində  mühüm ictimai-pedaqoji, sosial-mədəni əhəmiyyət daşıyan məsələlərdir ki, əsas mahiyyətini  insan, onun bilik və bacarıqları, kompetensiyaları, əxlaqi-mənəvi dəyərləri  təşkil edir. Nəticə etibarı ilə insanın özünü reallaşdırmasına güclü stimul yaranır. Deməli, bu rəqabət ali məktəbləri bitirən gənclərdən  biliyi praktikada tətbiq etmək, sosial davranışlarla əlaqələndirilmək  və digər bu kimi bacarıqlara malik vacib keyfiyyətləri özündə əxz etməsini tələb edir. Çünki hər bir ölkə təkcə iqtisadi deyil, həm də mənəvi-intelektual rəqabəti gücləndirməklə də öz inkişaf dinamikasını sürətləndirir. Məhz bu intelektualın inkişafı, yuxarıda qeyd etdiyimiz rəqabətin daşıyıcılarının yetişdirilməsi təhsil sistemi ilə, orada çalışanların gərgin əməyi nəticəsində təmin edilir. Bu vəzifənin öhdəsindən gəlmək üçün ali məktəblərdə Bolonya prosesinin prinsipləri, professor – müəllim heyətinin pedaqoji ustalığının təkmilləşdirilməsi diqqət mərkəzində olmalıdır.

Son zamanlar Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. Universitetdə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir. Professor – müəllim heyətinin peşəkarlığının artırılmasında mühüm rol oynayan  Qış və Yay məktəblərinin təşkil edilməsi artıq bir ənənə halını almışdır. Bu ilQış məktəbinin “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” adında keçirilmiş təlim proqramı  çox maraqlı mövzuları özündə ehtiva edirdi. Onu da qeyd etmək lazımdır ki, məktəb həm təşkilatı, həm də məzmun baxımından çox yüksək səviyyədə təşkil olunmuşdur. 4 – 9 fevral arasında keçirilmiş təlimlər müəllimlər təhsilin idarəedilməsi, tədris auditoriyasının  təşkil edilməsinin pedaqoji və psixoloji xüsusiyyətləri haqqında, biliyin qiymətləndirilməsi, tələbələrin bacarıqlarının inkişaf etdirilməsi, dərslik və kurs materiallarının, sillabusların standartlara uyğun hazırlanması və s. mövzular üzrə dünya pedaqoji texnologiyasında sınaqdan çıxmış metodlar sistemindən faydalanmaq imkanı qazandılar.Hesab edirik ki, bir-birindən maraqlı mühazirələr və praktik məşğələlər dinləyicilərdə öz fəaliyyətlərində bu qaynaqlardan səmərəli istifadə etmək və milli dəyərlərə söykənən orijinal modelini yaratmaq üçün əlverişli zəmin yaratdı. Təlimləri  Fransa, Türkiyə, Azərbaycan olmaqla üç müxtəlif ölkənin təhsil mütəxəssisləri  aparırdı. İştirakçısı olduğum bu təlimlərin ana xəttini əxlaqlı, ictimai mənafeyi şəxsi mənafedən üstün tutan, özünə, dövlətinə, gələcəyə inanan insanın yetişdirilməsi  təşkil edirdi.


Məlahət Mürşüdlü,
Təhsil eksperti

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Xalq artisti Səkinə İsmayılovaya ağır itki üz verib 2 mart 2021, 16:37 Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ 2 mart 2021, 16:33 Magistratura imtahanlarının nəticələri AÇIQLANDI 2 mart 2021, 16:31 Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır 2 mart 2021, 16:26 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi AÇILDI 2 mart 2021, 16:21 Yeni reallığın memarları 2 mart 2021, 16:16 Şeyxülislam Fransanın «Le Mondе» qəzetinə müsahibə verdi 2 mart 2021, 16:10 Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ 2 mart 2021, 16:04 “AzerGold”da Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib 2 mart 2021, 15:58 Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ 2 mart 2021, 15:53 Mikayıl Cabbarov: “İlin iki ayının yekunları ürəkaçandır” 2 mart 2021, 15:49 Vilayət Eyvazov Şəhid polisin oğlunu Şuşaya GÖNDƏRDİ 2 mart 2021, 15:44 Ukrayna prezidenti peyvənd olundu 2 mart 2021, 15:38 Nazir onu özünə müşavir təyin etdi 2 mart 2021, 15:32 Həmkarlar İttifaqları Konfederasiyası nazirliyə 200 min manat ayıracaq 2 mart 2021, 15:26 Arzularımın pul KİSƏSİ 2 mart 2021, 15:20 Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir - Misir mətbuatı 2 mart 2021, 15:15 Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatı apara bilər - Polkovnik 2 mart 2021, 15:09 “YAŞAT” daha bir şəhidin yeni doğulan övladına hesab açdı 2 mart 2021, 15:04 Yaponiyanın informasiya agentliyi azad edilən ərazilərdə başlamış quruculuq işlərindən yazdı 2 mart 2021, 15:00 “Çiçəklənən Ermənistan” partiyasının sədri Sarkisyanla GÖRÜŞDÜ 2 mart 2021, 14:55 Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb - FOTO 2 mart 2021, 14:50 Qusarda iki nəfər dəm qazından boğuldu 2 mart 2021, 14:45 Binəqədidə ağacları kəsən şirkət rəhbəri məhkəməyə verildi 2 mart 2021, 14:40 Ərdoğan tapşırıq verdi - Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək 2 mart 2021, 14:34 Yeni Zelandiyada Xocalı aksiyası keçirilib 2 mart 2021, 14:28 Bakı, Sumqayıt və Abşeronda yaşayan təqaüdçülərin NƏZƏRİNƏ 2 mart 2021, 14:22 Azərbaycanda yoluxma yenidən 300-ü ötdü - daha 2 nəfər öldü 2 mart 2021, 14:16 Üç ölkədəki Azərbaycanlılarının Koordinasiya Şurası birgə toplantı keçirib 2 mart 2021, 14:10 Beynəlxalq Bankdan xanımlara hədiyyə 2 mart 2021, 14:04