Modern.az

Lənkəran və Zaqatalada İNTİHARA cəhdlər 

Lənkəran və Zaqatalada İNTİHARA cəhdlər 

8 Mart 2018, 21:24

Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb. 


Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam  radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki  yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. 


MRX-dan verilən məlumatda bildirilir ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən Günay Balayeva intihar etmək məqsədi ilə özünü binanın dördüncü mərtəbəsindən yerə atıb. 


Faktla bağlı araşdırma aparılır. 

 

Həmçinin, bu gün Lənkəranda da 30 yaşlı qadın intihara cəhd edib.  Hadisə rayonun Darquba kəndində baş verib. Kənd sakini 1988-ci il təvəllüdlü Zülfiyyə Qəribəli qızı Abbasova ailə münaqişəsi zəmnində atası evində sirkə turşusu içərək intihar etmək istəyib.

 

Z.Abbasova yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 

Məlumata görə, münaqişə onunla yoldaşı arasında baş verib. Z. Abbasova əri ilə telefon danışığından sonra məlum hadisəni törədib. 

 

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir