Modern.az

İstilər Bakıda ağacları məhv edir

İstilər Bakıda ağacları məhv edir

1 Avqust 2011, 12:29

Son illərin ən isti yay aylarını yaşayırıq. Anomal istilərin təkcə insanlara deyil, yaşıllığa da mənfi təsirləri müşahidə olunur. Demək olar ki, istilər Bakının bəzi yerlərində yaşıllıqları da məhv edir. Paytaxt sakinlərini oksigenlə təmin edən ağac və kolları suvaran tapılmır. Bu hal demək olar ki, Bakının əksər rayonunda mövcuddur. Mütəxəssilər hesab edirlər ki, belə hal davam edəcəyi təqdirdə Bakının yaşıl örtüyü məhv ola bilər. Bəs ağaclara bu cur ögey münasibət haradandır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə Ibrahimova nazirliyin tabeliyində olan və onlar tərəfindən əkilən, meşə fonduna daxil olan ağacların hər gün səhər saat 9:00-dan 13:00-a kimi və axşam 16:00-dan 18:00-a kimi suvarıldığını bildirdi. Mətbuat xidmətinin rəhbəri paytaxt küçələrində, parklarında, yolboyu olan ağaclara baxmağın nazirliyin səlahəyyətində olmadığını dedi.
 
Sualımıza Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən cavab öyrənməyə çalışdıq. Birlikdən dedilər ki, Bakıda parklar və eyni zamanda müəyyən yerlərdə olan ağaclar hər gün səhər və axşam saatlarında suvarılır.

Təbii ki, biz də bunun belə olmasını, ağaclara qulluq edilməsinin tərəfdarıyıq. Ancaq araşdırmamız onu göstərir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi ağacların qeydinə qalmır.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu