Modern.az

16 saylı cəzaçəkmə müəssisəsində məhbuslar basabasdan şikayətləniblər

16 saylı cəzaçəkmə müəssisəsində məhbuslar basabasdan şikayətləniblər

Təhsil

1 Avqust 2011, 18:33

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə Ictimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvü Zalihə Tahirova, eyni zamanda Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zaynalovun iştirakı ilə 16 saylı cəzaçəkmə müəssisəsində növbəti  monitorinq keçirilib.

Monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Başçəkmə zamanı məhkumların saxlanma, personalın iş şəraiti, tibb işinin təşkili, psixoloji yardımın səviyyəsi, ərzaq və maddi-məişət təminatı, qısa və uzunmüddətli görüşlərin təmin olunma səviyyəsi, dini etiqadların təmin olnması və bir sıra digər göstəricilər yoxlanılıb.

Modern.az-a verilən məlumata görə, komirə üzvəri 29 nəfər  məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparıb və hüquqi yardım göstərib. Müraciətlərin əksəriyyəti vaxtından əvvəl şərti azad olunma və ya cəzanın yüngülləşdirilməsi ilə bağlı olub.

Monitorinq zamanı konstruksiya sıxlığının olması əsas problem kimi qeyd edilib. Belə ki, cəzaçəkmə müəssisəsinin yataqxanaları sovet dövründə tikilib və bir məhbus üçün yayayış sahəsi norması standartlara cavab vermir. SSRİ dövründə əksər cəzaçəkmə müəssisəsiələri üçün xarakterik olan bu problem hələ də qalmaqdadır. Havaların isti keçməsi havalandırma sisteminin qurulmasını zəruri edir. 

Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə  təqdim olunub.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür