Arxiv
31 mart 2018, 00:18 | AKTUAL
“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...” - Rəsulzadənin soyqırımı harayı

 

1918-ci il tariximiz üçün təkcə ağ səhifələrlə yadda qalmayıb.  Həmin ilin 31 Mart soyqırımının da yüzillik indönümü gələn il tamam olur.

 

Modern.az bu səbəbdən,  mart qırğınları, azərbaycanlıların soyqırımı ilə bağlı  bəzi məqamları oxucuların diqqətinə çatdıracaq.

 

Öncə, bu qara səhifənin tarixinə diqqət edək. Təbii ki, erməni daşnakları bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı həyata keçirmişdilər. Mart hadisələri isə bu faciələrin ən pik nöqtəsi oldu. Lakin mart hadisələri ancaq ayın 31-də-sonuncu gün başlamadı ki... Əksinə, tarixi ehtimala əsasən, mart soyqırımının başlanma tarixi gözəl bayramımız olan Novruza-21 marta təsadüf edir.

 

1918-ci ilin martında Bakıda bir çox tikililəri məhv edərək insanları güllədən keçirən  erməni və rus bolşevikləri Azərbaycan tarixində misli görünməmiş faciəyə qol qoydular. Deyilənlərə görə, o zaman Nəriman Nərimanovu da oğurlamaq istəyiblər. Hətta buna cəhd etsələr də, fürsətdən yararlana bilməyiblər. Həmin günün əslində martın 21-nə təsadüf etdiyini və  Nərimanovun bahar bayramını qeyd etdiyini araşdırmaçı Teyyub Qurban vaxtı ilə mətbuatda açıqlayıb.

Onun sözlərinə görə, Nərimanov məcburiyyət səbəbindən Şaumyanın evinə gedib xahiş edib ki, qırğını dayandırsın. Amma xahişi yerdə qalıb:

 

Ümumiyyətlə, mart soyqırımı ayın 31-də yox, on gün qabaq, yəni 21-də olub. Rus və ermənilər Novruz bayramı günü xalqın başına bu oyunu gətiriblər”.

 

Araşdırmaçı Adıgözəl Məmmədov 1918-ci ildə baş verən soyqırımının əslində, bötövlükdə mart soyqırımı olduğunu bildirib: "Yəni hadisə təkcə 31 mart günündə yox, on günlərlə davam edib. Çünki təkcə Bakıda yox, ölkənin bir çox yerlərində bu faciə törədilmişdi. Burada konkret tarix söyləmək olmaz. Çünki  soyqırımı  bir günün içində törədilmədi. Azərbaycanın bir çox bölgələrində, eləcə də, Bakıda bir neçə gün qanlı hadisələr yaşandı”.

 

Əsas məsələ odur ki, bu soyqırımı olub. Minlərlə insanın acılar içində ölməsinə səbəb olan dəhşət həmin ilin mart ayında törədilib.

 

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin və ümumən, ADR hökumətinin 31 Mart soyqırımı ilə bağlı qeydlərini təqdim edəcəyik.

 

Qeyd edək ki, bu qeydlər Məhəmməd Əmin Rəsulzadənin seçilmiş məqalələrində və “Xalq cəbhəsi” qəzetinin 2009-cu il sayında işıq üzü görüb.

Fikrimizcə, mart soyqırımı haqqında ən təsirli qeydlərdən biridir.

 

Məhəmmədəmin Rəsulzadə həmin dövrdə mart soyqırımının canlı şahidi olan M.Kulqedən belə sitat gətirir:

 

"Kulqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığım qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məşum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir..."

 

Məhəmmədəmin Rəsulzadənin redaktorluğu ilə Münhen şəhərində nəşr olunan "İstiqlal" qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı, demək olar, bütünlüklə 1918-ci ilin martındakı Bakı qırğınlarının 15 illiyinə həsr edilib. Azərbaycan Cümhuriyyəti Hökuməti həm 1919-cu, həm də 1920-ci il martın 31-ni Milli Matəm günü kimi qeyd edib.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edir - CANLI 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalandı 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38 Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır 1 Dekabr 2020, 11:34 66 günlük qəhrəmanlıq dastanı... 1 Dekabr 2020, 11:30 Müharibədə iştirak edən tələbələr təhsil haqqından azad edildi 1 Dekabr 2020, 11:25 BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın! 1 Dekabr 2020, 11:20 Laçının azadlığı ilə yenidən doğulan qəhrəmanlarımız - FOTOLAR 1 Dekabr 2020, 11:16 Laçında Azərbaycan Himni oxundu - VİDEO 1 Dekabr 2020, 11:10 Aşıq Namiq polisə tabesizlik göstərib – DİN-dən AÇIQLAMA 1 Dekabr 2020, 11:05 “Məktəbləri hərbi hissə kimi istifadə edirdik” - Zori Balayanın oğlu 1 Dekabr 2020, 11:04 “Ermənistan son anda “İsgəndər” raketinə əl atdı” - Komandir müavini  1 Dekabr 2020, 11:00 Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək - İqtisadi ŞƏRH 1 Dekabr 2020, 10:55 Analarının ad gününə çata bilməyən şəhid qardaşlar... - VİDEO 1 Dekabr 2020, 10:50 Azərbaycan nefti ucuzlaşdı 1 Dekabr 2020, 10:44 İranda korpus komandiri öldürüldü 1 Dekabr 2020, 10:40 Laçın peykdən belə görünür - FOTO 1 Dekabr 2020, 10:37 Ermənistan prezidentinin eks-müşaviri: “Biz tarixən məğlub olmağa öyrəşmişik” 1 Dekabr 2020, 10:32 Laçının təhsil STATİSTİKASI 1 Dekabr 2020, 10:27 Astarada torpağa basdırılmış narkotik aşkarlandı 1 Dekabr 2020, 10:22 Koronavirus xəstəsi mağazada saxlanıldı 1 Dekabr 2020, 10:16 Koronavirus xəstəsi barədə cinayət işi başlanıldı 1 Dekabr 2020, 10:10 Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO 1 Dekabr 2020, 10:04 28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 09:58 Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?