Modern.az

Kəlbəcər işğaldan 25 il sonra - FOTOLAR

Kəlbəcər işğaldan 25 il sonra - FOTOLAR

2 Aprel 2018, 11:24

1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Bu hadisə ilk dəfə düşmən qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərindən kənara çıxması və beynəlxalq normaların açıq-aşkar pozulması demək idi.

 

Bu işğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb. Bu işğal Ermənistan-Türkiyə sərhəddinin də bağlanmasına əsas səbəblərdən biri olub.

 

Hazırda Sarkisyan hakimiyyəti Kəlbəcərdə süni köçürmə siyasəti həyata keçirərərək Azərbaycanın tarixi torpaqlarına erməni ailələrini məskunlaşdırır. Yerli Ermənistan KİV-ləri rayon mərkəzində 800-dən artıq sakinin yaşadığını iddia edir. Bütövlükdə rayon ərazisində isə onların sayı 10 min nəfərə çatır.

 

Modern.az müxtəlif vaxtlarda Kəlbəcər və yaxın ərazilərdə çəkilmiş fotoları təqdim edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir