Arxiv
20 Aprel 2018, 12:25 | HADİSƏ
“Qanpulu” veriləcək şəhid və itkin ailələrinin sayı niyə azdır? - Komitə sədri AYDINLIQ GƏTİRDİ  

Prezident İlham Əliyev bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.


Prezident İlham Əliyevin  şəhid olmuş və itkin düşmüş şəxslərlə bağlı fərmanı 8800 nəfərə şamil ediləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazirin sözlərinə görə, bazalarda müxtəlif kateqoriyadan olan 12 737 nəfər şəhid ailəsi var. Məlum olub ki, hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfərdir. 

“7605 nəfəri 1997-ci ilin 2 avqust ayına kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci ilin 2 avqustundan sonra da vəfat edən şəxslər var ki, hansı ki döyüşlər zamanı yaralanıb və s. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür".


Buna baxmayaraq sosial şəbəkələrdə  fərmana daxil edilən şəhid ailələrinin sayının az olduğu bildirilir. Qeyd edilir ki, hələ 1997-ci ilə qədər Qarabağ müharibəsində şəhid olanların, itkin düşən sayı 30 mindən çoxdur. Belə olduğu halda  şəhid ailələrinin də sayı çox olmalı idi.  8800 ailədın söhbət gedirsə, bəs yerdə qalanların aqibəti necə olacaq?

Məsələ ilə bağlı  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına açıqlama verib. O bildirib ki, 1997-ci ildən bu yana  şəhid ailələrinin bəziləri “qanpulu” alıb:

“1991-1997-ci illərdə “qanpulu” almayan şəhid ailələri olub. Əlbəttə, onların sayı çoxdur.  Lakin hazırda şəhid ailələrinin sayı 12-13 min arasındadır və bu, müzakirə mövzusu deyil”.

Deputat qeyd edib ki, 1991-1997-ci illərdə məhkəmə qərarı ilə “qanpulu” alan şəhid ailələri də olub:

“Həmin vaxtlar “qanpulu” üçün bir müddət müraciət edə bilməyənlər onu ala bilmirdi. İndi isə “qanpulu” ala bilməyənlər hamısı alacaq. İndiyə kimi “qanpulu” alanların statistikası da mövcuddur”.

Təxmini hesablamalarla fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayolardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41