Modern.az

Deputat mühasibləri hədəfə aldı

Deputat mühasibləri hədəfə aldı

23 Aprel 2018, 14:29

“Azərbaycanda baş mühasib, peşəkar mühasib həmişə problem olub. Peşəkar mühasiblər isə olduqca azdır. Biz bu qanunu Azərbaycanda tətbiq etməklə? milli mühasibat uçotunun standartlara uyğunlaşdırmaqla mühasiblərə daha ciddi tələblər irəli sürürük. Mən bilmək istərdim ki, Azərbaycanda mühasibat vəziyyəti nə yerdədir. Doğurdanmı bizdə yaxşı mühasiblər var? Mən inanmıram”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, biz bu qanunu qəbul edəndən sonra sahibkarlar ciddi problemlərlə üzləşsinlər.

 

“Ola bilər ki, onlarda işləyən mühasiblər bu standartlara uyğun deyil. Onlar imtahan verməlidrlər. Haradasa imtahandan keçməlidirlər. Bu qanun layihəsi bizim sahibkarlar üçün problemlər yarada bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!