Arxiv
27 Aprel 2018, 12:52 | HADİSƏ
Səlim Müslümovun icra başçısı işləyən dayısı Modern.az-a DANIŞDI: “Cənab prezident onu vəzifədən çıxarıbsa...”

Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Həmin sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.
Bu təyinatlar zamanı köhnə nazirlərdən bəziləri yeni hökumətdə yer almadılar.

Nazir postunu itirənlər arasında  2013-cü ildən bəri əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyən Səlim Müslümov da var.
Prezident Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini  Sahil Babayevi gətirib.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.


Səlim Müslümov Ağsu rayonunun Pirhəsən kəndində doğulub. Hazırda bu rayonun icra başçısı Ənvər Seyidəliyev sabiq nazirin doğmaca dayısıdır.

Maraqlıdır, eks-nazirin dayısı – icra başçısı Ənvər müəllim bu dəyişikliyə necə baxır?

Modern.az
saytının əməkdaşı Ənvər Seyidəliyevlə əlaqə saxlamağa çalışıb və buna nail olub.

İcra başçısı əməkdaşımızla söhbətdə bacısı oğlunun vəzifədən çıxarılmasına münasibət bildirib. O, saytımıza açıqlamasında deyib ki, bu cür məsələlərdə prezidentin sərəncamı şərh olunmur:

“Şəxslərin vəzifəyə təyinatı, ya da vəzifədən çıxarılması cənab prezidentin səlahiyyətinə daxildir. Ona görə də prezidentin sərəncamı şərh olunmur. O, nəyi necə məsləhət görürsə, dəyərləndirmək lazımdır. Allah prezidentimizi qorusun. Səlim Müslümov dünənə qədər əmək və əhalinin sosial müdafiəsi naziri idi. Bu, prezidentin verdiyi qərar idi və müsbət dəyərləndirilib. Bu gün isə cənab prezident Səlim Müslümovun vəzifədən çıxarılması ilə bağlı sərəncam imzalayıb. Cənab prezident kimi vəzifəyə qoyursa, yaxud da vəzifədən çıxarırsa, bu, onun məsləhətidir. Bu cür məsələlərə hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, Ənvər Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışıb.
1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb.
2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləyib.
2007-ci ilin dekabrında tarixdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA 10 İyul 2020, 14:36 İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ 10 İyul 2020, 14:30 Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:24 Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO 10 İyul 2020, 14:18 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47