Arxiv
4 İyun 2018, 12:25 | HADİSƏ
“Gəncə qiyamı” nədən baş verdi? - İki fərqli BAXIŞ

1993-cü il 4 iyun hadisələrinin 25-ci ili tamam olur. “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir.  Həmin vaxt  Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Keçmiş korpus komandiri olan Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə  35 nəfər həlak olub.

“Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıxılması ilə nəticələnib.

Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi.

O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi.
Şahidlərin sözlərinə görə, Sürət Hüseynov Elçibəyə demişdi ki, əgər Qarabağda komandanlıq ona verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi…

Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…

Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.

Şahidlərin deməsinə görə, 709 saylı hərbi hissəyə silahlarının «maqazin»lərini təhvil verib geri qayıtmaq istəyən Prezident Qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama-yəni bir sözlə qiyam adlandırılırdı.

Modern.az saytı 4 iyun olayları ilə bağlı fərqli baxışları təqdim edir:


Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov o günləri heç vaxt unutmayacağını deyir:

“4 iyun hadisələrinin iştirakçısı olan birisi kimi, qeyd edə bilərəm ki, həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iflası idi. Bəzən hadisələri cəmiyyətə başqa ad altında təqdim edirlər. Amma belə deyil. Səriştəsizlik, idarəetmənin bilinməməsi nəticəsində ölkə xaos vəziyyətinə gətirilmişdi. Bir tərəfdən ərazilərimizin işğal olunması, digər tərəfdən isə  hər bir siyasi partiyanın (Yeni Azərbaycan Partiyası xaric olmaqla-S.N.) özünün silahlı dəstəsinin olması, ayrı-ayrı şəxslərin ordunun müxtəlif qruplarına rəhbərlik etməsi, nizami ordunun olmaması, dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyə gətirilməsi, o cümlədən yerli icra hakimiyyətlərində fəaliyyət göstərməsi hər şeyin bərbad hala düşdüyünü göstərirdi. Kim meydanda daha çox qışqırmışdısa, onu hansısa rayona  icra başçısı qoymuşdular. O baxımdan da idarəçilikdən xəbərləri yox idi.

Ölkədə bir xaos hökm sürürdü. Həmin vaxt bu xaosdan istifadə edən qüvvələr Surət Hüseynovun rəhbərliyi ilə Gəncədə qiyam qaldırdılar. Halbuki, həmin şəxsə o vaxtkı rəhbərlik tərəfindən “Milli Qəhrəman” adı verilmişdi. Surət Hüseynov isə qoşunları Qarabağ istiqamətinə deyil, Bakı istiqamətinə göndərmişdi. Ardıcıl olaraq o vaxtlar rayonların icra başçıları bir-bir güllələnirdi, ya da onların yerinə özlərinə yaxın olanı,  əksəriyyəti də kriminal aləmə bağlı olanları təyin edirdilər. Gəncə kimi şəhərdə qiyam baş verdi və icra başçısı qətlə yetirildi. Bu səpkidə proseslər davam etməkdə idi. Bir tərəfdən də cənub zonasında Əlikram Hümbətov qondarma “Talış Muğan Respublikası” adlı separatçı qurum yaradırdı. Bununla da, Azərbaycan parçalanmağa doğru gedirdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan bu gün 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşayacaqdı. Belə bir anda ümummilli lider Heydər Əliyevə müraciət olundu. Ulu öndərə müraciət olunmaqla həm özlərini, həm də Azərbaycanı xilas etdilər”.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazir olmuş, hökumətin Gəncədə keçirdiyi əməliyyatlara birbaşa nəzarət etmiş Pənah Hüseyn isə bildirib ki, 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi xatırlanır:


 “O vaxtlar ölkədə öncə hərbi, sonra isə siyasi müxalifət Azərbaycana düşmən münasibətdə olan xarici qüvvələrlə işbirliyi şəraitində Əbülfəz Elçibəyin qanuni hakimiyyətinə qarşı qiyam qaldırdılar. Nəticədə ölkədə ciddi siyasi böhran yarandı. 1992-c ildə müharibənin bitməsi, Kəlbəcərin azad olunması ilə ərazi bütövlüyümüzün saxlanması şərti çərçivəsində həyata keçirilməyə başlanan plan pozuldu. Daha bir neçə rayonumuz işğal olundu. Daxildə vətəndaş qarşıdurması baş verdi. Əlbəttə, bunların nəticələrini bu gün də hiss etməkdəyik. O baxımdan da 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi yadda qalıb.

 
Mən burda prezidentin hansısa günahını görmürəm. Çünki Elçibəy bu məsələdə bizə, o cümlədən mənə tam səlahiyyət vermişdi. Hesab edirəm ki, bu, xeyli dərəcədə subyektiv amillərlə bağlı oldu. Hətta qiyamçılar Gəncədə bir çox dövlət məmurunu həbs edəndən sonra da qiyamı yatırmağa kifayət qədər imkanlar qalırdı. Olub keçəndən sonra əlbəttə ki, danışmaq və dəyərləndirmək heç də həmişə doğru olmur. Amma hesab edirəm ki, daha cəsarətli və daha qətiyyətli addımlar atmaq lazım idi. İndiki bu zaman məsafəsindən baxanda, hesab edirəm ki, bizim hökumət daha cəsarətli addımlar atmalı idi. Qiyamın yatırılması üçün Konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edilməli idi".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəbələrə imtahansız qəbul ediləcək kollec məzunları onlar olacaq 23 May 2019, 11:53 Qarabağ klanı Paşinyanı devirməyə and içdi 23 May 2019, 11:51 Qadınlara qarşı zorakılıqla bağlı ŞOK STATİSTİKA 23 May 2019, 11:43 İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib 23 May 2019, 11:41 Bakıda evdən 130 min dollar, 10 min avro və 40 min manatlıq qızıl oğurlanıb 23 May 2019, 11:40 Türkiyə ABŞ-dan ultimatum aldıqlarını təkzib edir 23 May 2019, 11:34 Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI 23 May 2019, 11:33 Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12