Modern.az

İranın neft anbarında partlayış: 2 ölü  

İranın neft anbarında partlayış: 2 ölü   

20 İyul 2018, 20:54

İranın qərbində yerləşən neft anbarında partlayış baş verib. Modern.az İran mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşmüş hesab edilir.

 

Məlumata görə, partlayışdan sonra Xomeyn şəhərinin elektrik stansiyası yaxınlığında güclü yanğın qeydə alınıb.

 

Hadisə yerinə Ərak şəhərindən cəlb olunan yanğınsöndürənlər briqadasının rəhbəri bildirib ki, yanğının ciddi fəsadlara yol açacağı istisna olunmur. Bu səbəbdən də əhaliyə hadisə zonasına yaxınlaşmamaq tövsiyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir