Arxiv
15 Avqust 2018, 09:38 | AKTUAL
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.

 

Modern.az-ın məlumatına görə,  Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

 

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

Qeyd edək ki, sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səməd Seyidov: “Onlar bunu da bacarmayacaqlar!” 22 Oktyabr 2019, 12:48 Bakıda keçiriləcək sammitdə 60 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək 22 Oktyabr 2019, 12:46 Nazir: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 22 Oktyabr 2019, 12:39 Siyavuş Novruzov: “Biz xalq artistiyik ki, “Instagram”da oturaq?!” 22 Oktyabr 2019, 12:29 Deputat Milli Məclisdə sərt DANIŞDI: “Sizin fəaliyyətiniz nədən ibarətdir?” 22 Oktyabr 2019, 12:16 YAP-ın Gəncə təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradıldı - VİDEO 22 Oktyabr 2019, 12:05 Sabah 25 dərəcə isti olacaq – PROQNOZ 22 Oktyabr 2019, 12:04 “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb 22 Oktyabr 2019, 11:55 “BakıBUS” avtobuslarını necə qoruya bilir... 22 Oktyabr 2019, 11:44 Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm” 22 Oktyabr 2019, 11:42 “Formula 1” Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı 22 Oktyabr 2019, 11:42 “Bakı Metropoliteni” qatarların intervalındakı gecikməyə AYDINLIQ GƏTİRDİ 22 Oktyabr 2019, 11:39 Marneulidə soydaşlarımız üçün möhtəşəm konsert təşkil olunub - FOTOLAR 22 Oktyabr 2019, 11:20 BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib 22 Oktyabr 2019, 11:12 Baş prokuror bu rayonların sakinlərini qəbul edəcək 22 Oktyabr 2019, 11:04 Dərbənd topu 22 Oktyabr 2019, 11:03 Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ 22 Oktyabr 2019, 10:56 Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Akademiyasına üzv oldu 22 Oktyabr 2019, 10:56 İmtahanlarda zal nəzarətçisi olmaq istəyən 518 nəfər qeydiyyatdan keçib   22 Oktyabr 2019, 10:50 Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı 22 Oktyabr 2019, 10:47 Deputatlar feministlərin Bakıdakı aksiyasını qanunsuz hesab edirlər 22 Oktyabr 2019, 10:40 Türk iş adamından təklif: “Türkiyə məktəblərində Azərbaycan, Avropada Qarabağ...” 22 Oktyabr 2019, 10:34 Təhsil Nazirliyində yeni TƏYİNATLAR - FOTO 22 Oktyabr 2019, 10:21 “Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır” 22 Oktyabr 2019, 10:20 Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?.. 22 Oktyabr 2019, 10:16 Dünya yenidən Bakıya toplanır 22 Oktyabr 2019, 10:11 Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanıldı 22 Oktyabr 2019, 10:00 Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib 22 Oktyabr 2019, 09:55 1874 uşağa reabilitasiya xidmətləri göstərilib 22 Oktyabr 2019, 09:53 “Məndən heç nə soruşmayın”- Baş Nazirin 74 yaşlı 1-ci müavini YAQUB EYYUBOV 22 Oktyabr 2019, 09:49 Goranboyda gözlənildiyindən çox pambıq yığılıb 22 Oktyabr 2019, 09:43 Baş Nazir Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. 22 Oktyabr 2019, 09:39 Ermənilər Qazax və Tovuzu atəşə tutdu 22 Oktyabr 2019, 09:35 "Qızıl top"a iddialılar məlum oldu 22 Oktyabr 2019, 09:32  “Nəsimi dühası-650 il” 22 Oktyabr 2019, 09:30