Modern.az

Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi

Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi

26 Sentyabr 2018, 17:06

Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli Modern.az-a müsahibəsində ölkəmizdə onkoloji xəstəliklərlə bağlı statistik rəqəmləri açıqlayıb. Baş onkoloq deyib ki, 2017-ci il statistikasına əsasən, 45756 nəfər onkoloji xəstə rəsmi qeydiyyatdadır, onların 17 527 nəfəri isə 5 il və daha çox yaşayan xəstələrdir.

 

Bəs görəsən, bu rəqəmlər reallığı əks etdirirmi?

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında baş onkoloqun açıqladığı rəqəmlərin Azərbaycan reallığı ilə tamamilə uzlaşmadığını söyləyib. Həkimin fikrincə, onkoloji xəstə olub, müalicə götürməyən, müvafiq mərkəzlərdə qeydiyyatda olmayan şəxslər də var:

 

“Onkoloji xəstələrə yanaşmada fərqli məqamlar mövcuddur. Çox zaman xəstəyə onkoloji xəstəlik diaqnozu qoyulduqda, o, müalicə olunmaq istəmir. Onkologiya Mərkəzində qeydiyyatda da olmurlar. Yaxud başqa xəstəliklər qeydiyyata götürürlər.  

 

Elə xəstələr var, onkoloji xəstəliyin bir fəsadı olan bağırsaq keçməzliyi kimi diaqnozlarla əməliyyat edilirlər. Həmin xəstələr də tam olaraq, onkoloji xəstə kimi qeydiyyatda deyillər. Bütün bunları nəzərə aldıqda, Azərbaycan reallığı ilə səsləndirilən rəqəmlər tam uzlaşmır. Lakin Milli Onkologiya Mərkəzinə,  Tibb Universitetinin Onkologiya klinikasına, poliklinikaya müraciət edən onkoloji xəstələrin  müraciəti əsasında açıqlanan bu rəqəm tam olmasa da, müəyyən qədər həqiqətə uyğundur. Statistik göstəricilərin üstündə manipulyasiya etmək mümkündür. Adambaşına düşən onkoloji xəstəliklərin faiz göstəricisini dünya ilə müqayisə etmək, ümumi mənzərəyə rəy vermək üçün yetərlidir”.

 

A.Qeybulla qeyd edib ki, onkoloji xəsəliklərlə bağlı ölkədəki tam real statistikanı əldə etmək üçün bütün onkoloji xəstələrin qeydiyyatı bir mərkəzdə həyata keçirilməlidir:

 

“Xəstənin harada əməliyyat edilməsindən asılı olmayaraq, onların qeydiyyata alınması mərkəzləşdirilməlidir”.  

 

Aysel ASLAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir