Arxiv
4 Oktyabr 2018, 15:30 |
ADU-da bu şəxslər üçün ödənişsiz kurslar təşkil olunacaq - FOTO
ADU-da bu şəxslər üçün ödənişsiz kurslar təşkil olunacaq - FOTO
ADU-nun Serb dili və mədəniyyəti mərkəzinin qapıları hamı üçün açıq olacaq.
 
Modern.az xəbər verir ki, Azərbaycan Dillər Universitetində ölkəmizdə ilk dəfə olaraq serb dili və mədəniyyətinin tədrisinə başlanılıb.
 
ADU-da serb dilinin tədrisi ölkələrimizin siyasi əlaqələri yanaşı, iqtisadi, mədəni, humanitar, elmi və akademik sahələrdə də fəal əməkdaşlığının, mədəni bağlılığının möhkəmlənməsi, xalqlarımızın daha da yaxınlaşması, qarşılıqlı olaraq bir-birinin mədəniyyəti ilə tanış olması və ondan faydalanması üçün fürsətdir.
 
Dərslər universitetdə fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzində keçirilir. Universitetin tələbələri serb dilinin tədrisi ilə yanaşı, Serbiya mədəniyyəti, ədəbiyyatı, tarixi ilə yaxından tanış olurlar.
 
Mərkəzdə keçirilən dərslərdə Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyevin və digər elmi, akademik dairələrin nümayəndələrinin iştirakı ilə bu dili öyrənən tələbələrə Serbiyaya aid müxtəlif mövzuda seminarların keçirilməsi nəzərdə tutulub.
 
Bununla yanaşı, Azərbaycan Dillər Universiteti yalnız öz tələbələri üçün deyil, həmçinin serb dilinə maraq göstərən şəxslər üçün də bir şans yaradır.
 
Cari ilin noyabr ayından etibarən universitetdə fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə ödənişsiz serb dili dərsləri təşkil olunacaq. Tələbələr serb dilini başlanğıc səviyyəsindən inkişaf etdirə bilərlər.
 
Öyrəniləcək serb dilinin köməkliyi ilə tələbələr Avropanın Monteneqro, Xorvatiya, Serbiya, Makedoniya, Bosniya və Hersoqovinada rahatlıqla ünsiyyət qura biləcəklər.
 
Dərslər tələbənin tək qrammatika deyil, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, sürətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayacaq.
 
Dərs proqramına həyatın müxtəlif sahələrində gündəlik istifadədə olan mövzular, onlarla bağlı nitq tapşırıqlarını həyata keçirmək, qrammatik qaydalar, müxtəlif mövzularda müzakirələrin aparılması nəzərdə tutulub.
 
Dərslər uzun müddət Serbiyada yaşamış, Serb dili və mədəniyyət mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidova tərəfindən aparılacaq. Bununla yanaşı, dil daşıyıcısı tərəfindən aparılan şifahi nitq və dinləmə dərsləri tələbələrin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaradacaq.
 
Maraqlanan şəxslər dərslərə yazılmaq üçün Serb dili və mədəniyyəti mərkəzinə (R.Behbudov küç.134, ADU-nun əsas binası, III mərtəbə, 301-ci otaq) müraciət edə bilərlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Sergey Bodrovun qızı atasının yolunu seçdi - FOTO 16:14, Bu gün “Açıq mikrofon” tərtərli abonentlərin müraciətlərini səsləndirdi 16:02, Bu gün Bu il 2077 nəfər 600-dan yuxarı bal TOPLAYIB 15:58, Bu gün Duma Ukraynanın 4 vilayətinin ilhaqına dair sazişi təsdiqlədi 15:54, Bu gün Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı 15:50, Bu gün Stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:46, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:42, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:38, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:34, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün Azərbaycan icması Toronto şəhərində piket keçirib 15:22, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün