Modern.az

Günay Yelmarqızı TV-dən ayrıldı - Ona yeni vəzifə verildi

Günay Yelmarqızı TV-dən ayrıldı - Ona yeni vəzifə verildi

1 Noyabr 2018, 16:06
Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı işindən ayrılıb. 
 
Modern.az saytı "BakuPost"a istinadən xəbər verir ki, o, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
 
G.Yelmarqızı xəbəri təsdiqləyib. 
 
Qeyd edək ki, xanım jurnalist 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet”də başlayıb. 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.  
 
Jurnalistika fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər