Arxiv
2 Noyabr 2018, 13:53 | ƏDƏBİYYAT
“Mənə bəlli idi ki, güllələnmiş məhkumlar orada basdırılıb” - “NKVD qəbiristanlığı”nın SİRRİ  

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağl Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə NKVD qəbiristanlığı olub.

O zaman sual yaranır: Həmin ərazi bu vaxta qədər araşdırılıbmı? NKVD qəbiristanlığında daha kimlərin məzarı, yaxud da qalıqları tapıla bilər?


Modern.az
saytı məsələyə münasibət öyrənməyə çalışıb.


Milli Məclisin deputatı Fəzail Ağamalı
bildirib ki, həmin ərazidə heç vaxt araşdırma aparmayıb.


“Mənə bəlli idi ki, repressiya illərində güllələnməyə məhkum olunanların hamısı orada basdırılıb. Belə bir məlumatım var idi. Ancaq Mikayıl Müşfiq haqqında hər zaman belə fikirlər eşitmişəm ki, onu güllələyib cəsədini dənizə atıblar. Onu dəfn etməyiblər. Bu fikirlər dəqiqliyə malik olmayan fikirlər, mülahizələr idi. Heç kəs Müşfiqin harada dəfn olunduğunu, taleyinin necə olduğunu bilmirdi. Bu kifayət qədər müəmmalı, qapalı yanaşma idi. Çox istərdik ki, Müşfiqlə bağlı ehtimal həqiqət olsun. Biz Müşfiqi milli adət-ənənələrimizə uyğun olaraq dəfn edək və hər zaman onu yüksək səviyyədə böyük coşğu ilə anaq”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə NKVD qəbiristanlığı adlanan ərazi  barədə ilk dəfə məlumat əldə etdiyini söyləyib:

“Ümumiyyətlə, “NKVD-nin qəbiristanlığı” deyilən ifadəni indi eşidirik. Bu sahədə uzun müddət çalışmağıma baxmayaraq, bizə güllələnənlərin  orada  basdırılması haqda bir söz deyilməyib. Ola bilsin Sibir çöllərində elə bir şey olub. Tutaq ki, Hüseyn Cavidin qəbri olub və onun nəşini Azərbaycana gətiriblər. Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların aşkarlanması zamanı “NKVD qəbiristanlığı” sözü də bizim üçün yenidir.
Həmin dövrdə kimlərin güllələndiyi aydındır. Amma konkret olaraq orada kimlərin  basdırıldığını kimsə deyə bilməz. Çalışdığımız müddətdə bu barədə bizə heç nə deyilməyib”.. 

İlham İsmayıl həmin ərazi ilə bağlı maraqlı təklif də irəli sürüb:

“29 min azərbaycanlı repressiya qurbanı olub. Ona görə də həmin ərazidə digər repressiya qurbanlarının da qalıqlarını aşkarlamaq olar. Mədəniyyət, Səhiyyə nazirlikləri ekspertiza institutları ilə birgə bu işi apara bilər.

Eyni zamanda, həmin ərazi ilə bağlı maraqlı bir təklif də irəli sürmək olar. Məsələn, 1918-ci ildə Quba soyqırımı zamanı ermənilər tərəfindən azərbaycanlılar qətlə yetirilib. Məhz həmin ərazi aşkarlanandan sonra orada soyqırımı abidəsi ucaldıldı. Həmin ərazi “Quba məzarlığı” adlanır. İndi isə repressiya qurbanlarının qalıqları aşkarlanıb. Yaxşı olar ki, həmin ərazidə repressiya abidəsi ucaldılsın. Həmin yeri muzey halına gətirmək olar”.

Prezidentin tapşırığına əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

Əgər qalıqların həqiqətən şairə məxsus olduğu təsdiqini taparsa, onun yenidən dəfn olunması ilə zəruri tədbirlər görüləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:03 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 BANM-nin tələbələri Malayziyada qalib oldular - FOTO 19 Fevral 2020, 10:29 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23