Arxiv
2 Dekabr 2018, 13:00 | İQTİSADİYYAT
Quşlar tələf olur, Bakıda yumurta limitlə satılır

Sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandı. Ekspertlər buna əsas səbəb kimi quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərsələr də, rəsmilər belə halların olmasını təkzib edir. Yerlərdən aldığımız məlumatlara görə, Siyəzən və Hacıqabulun quşuçuluq təsərrüfatlarında quşların kütləvi tələf olması halları qeydə alınıb.

Hələ iki ay əvvəl Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bu qıtlığı gah paytaxta tələbələrin axını ilə, gah da yeni fərələrin az yumurtlaması ilə əlaqələndirdi. Sədr ötən günlərdə isə problemin tamamilə aradan qaldırıldığını söylədi.

Elə Qida Təhlükəsizliyi Agentliyinin Modern.az-ın sorğusuna cavabı da təxminən Respublika Quşçular Cəmiyyətinin mövqeyilə üst-üstə düşür:

“Hazırda Azərbaycanın quş əti və yumurta istehsalı potensialı kifayət qədər yüksəkdir. Mövsümlə əlaqədar satış məntəqələrində bu məhsullara tələbat artıb. Buna baxmayaraq quş əti və yumurtaya olan tələbat ödənilir. Əhalinin quş əti və yumurta ilə təhlükəsiz təmin olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq tədbirlər həyata keçirir. Belə ki, Agentlik tərəfindən cari ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər hər ay epizoolotoji monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur. İndiyədək aparılan monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quşa rast gəlinməyib. Bununla yanaşı, hava şəraiti və köçəri quşların miqrasiyası nəzərə alınaraq epizootoloji monitorinqlər zamanı ev quşlarının açıq şəkildə daşınma qaydaları təkmilləşdirilir. Həmin quşlar satış məntəqələrinə çıxarılmazdan əvvəl Agentlik tərəfindən ciddi baytarlıq nəzarətindən keçirilir”.

 

Modern.az-ın əməkdaşının paytaxtın bir neçə iri marketdə apardığı müşahidələr bunun tam əksini deməyə əsas verir. Doğrudur, qiymətlərin süni artımı aradan qaldırılıb. Sentyabr-oktyabr aylarında ədədi 20-22 qəpiyədək bahalaşan yumurtanın qiyməti hazırda 17-19 qəpik civarındadır. Amma qıtlıq hələ də qalır. Qıtlıq olmasaydı, daxili istehsalı rəsmi rəqəmlərdə 100 faizi keçən yumurta, istehlakçıya limitlə satılmazdı.

Qaraçuxur qəsəbəsində yerləşən “Xəzər” supermarketində 30 ədəd yumurta almaq istəyən vətəndaşa, satıcı bunun mümkünsüz olduğunu bildirib:

“Rəhbərliyin xüsusi göstərişi var. Yumurta bir şəxsə yalnız 20 ədəd olmaqla satılır. Əvvəl hələ limit 10 idi. Ölkədə yumurta yoxdur. Biz də çalışırıq ki, müraciət edən hər bir vətəndaşın tələbatını qismən də olsa ödəyək. Narazılıqlar var, amma bunun həlli bizdən asılı deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20