Modern.az

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi

11 Dekabr 2018, 23:38

Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 130-180 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, dekabrın 10-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 247 m3/s olmaqla ongünlük normanın 157 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 178 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla, ongünlük normanın 122 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında mövcud vəziyyətə gəlincə, dekabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm artım, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm (2017-ci il dekabrın 10-da 392 sm), Şirvanda 327 sm (2017-ci il dekabrın 10-da 253 sm), Bankədə 251 sm (2017-ci il dekabrın 10-da 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2017-ci il dekabrın 10-da 110 sm) təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu