Arxiv
17 Dekabr 2018, 08:12 | DİASPOR
ABŞ-da alimlik dərəcəsi alan ilk azərbaycanlı xanım

Başlanğıc…

O, Bakıda “Malakan bağı” adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi, mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Çox təvəzökar, vətənpərvər, əzmkar xanımdır…

Heç vaxt özünü diqqət mərkəzində görməyə tələsmir. Necə deyərlər, başını aşağı salıb öz elmi araşdırmaları ilə məşğuldur…

Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsini qırmızı diplomla bitirib. 2000-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Oranı da qırmızı diplomla başa vurub. Elə həmin ildən də BDU-nin Üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Burada işləyərkən ekologiya və ekoloji kimya sahəsinə onda böyük maraq yaranıb və Azərbaycanda bu sahədə tədris proqramı olmadığından qərara gəlib ki, təhsilini xaricdə davam etdirsin…

Tərəqqi...

2002-ci ildə ABŞ-ın İndiana Universitetinə, yenidən magistr proqramına qəbul olunurb 2004-cü ildə ekalogiya ixtisası üzrə- School of Public and Environmental Affairs-də (Master”s of Science in Environmental Science) ikinci dəfə magistr dərəcəsi alıb. Bu proqram ABŞ-da ekalogiya üzrə ən mükəmməl proqramlaradan biridir ki, bütün dünyada qəbul olunur…

İxtisası yaxşı mənimsədiyindən ABŞ-ın E. S. Muskie Freedom Support Act Graduate Fellowship Dövlət Deportamenti onunla maraqlanaraq, soydaşımızı ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət edir və magistr təhsilini başa vuran kimi həmin deportamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsinə yiyələnir.

Və bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım olmaq şərəfinə nail olur...

Hazırda İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyələşir. Onun rəhbərlik etdiyi qrum bu proqramla ABŞ-ın böyük göllərinin ətrafında, havada və bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğuldur. Proqramın nəticələrindən elmi tədqiqat inistitututları və bütün dünya agentlikləri istifadə edir…

Bununla yanaşı elmi tədqiqat işlərini də davam etdirirərək, qlobal konteksdə ətraf mühitin çirklənməsi ilə çox maraqlanır. Hazırda Norveç Artikasında fəaliyyət göstərən Svalbard Universiteti ilə əşyaya qatılan yanğınəleyhinə əlavələrin hesabına Artikada ətraf mühitin zəhərli maddələrlə çirklənməsinə qarşı tədqiqatda əməkdaşlıq edir.

Deyir ki, yanğınəleyhinə əlavələrin əksəriyyətinin necə də zərərli olduğunu təsəvvür etmək çox çətindir. Qlobal bir problemdir. Məsələn, məişətdə istifadə etdiyimiz mebellərin əksəriyyətində istifadə olunan yumşaq süngərlərə istehsal zamanı yanğın əleyhinə əlavə olunan maddələrin insan orqanizminə nə qədər ziyanlı olduğunu bilsəniz, dəhşətə gələrsiniz…

Bunlarla yanaşı, onu böyük şəhərlərdəki binaların daxilində havanın çirklənməsi çox düşündürür. Rəhbərlik etdiyi qurum bu yaxınlarda Portuqaliya Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Portuqaliyanın böyük şəhərlərində, uşaq bağçalarında və qocalar evlərindəki havanı araşdırırlar. Araşdırmaların nəticələri elmi məqalələrdə, beynəlxalq konfranslarda ictimaiyyətə çatdırılacaq…


Arzular...


Deyir ki, gələcəkdə ekologiyanın insan sağlamlığına təsiri barədə tədqiqat aparmağı planlaşdırır. Atmosferdəki zərərli maddələrin müxtəlif xroniki xəstəliklərlə əlaqəsini araşdırmaq istəyir. Bu yaxınlarda İndiana Universitetindən, bu elm ocağının professorları ilə birlikdə, yeni bir tədqiqat aparmaq üçün qrant alıb. Layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizimdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırmağa başlayacaq. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq olacaq. İnanır ki, bu araşdırmayla ekoloji sağlamlıq sahəsində böyük nəticələr əldə edəcək. Məsələn, insanın dırnaq və tukü vasitəsi ilə onun qan qrupunu, xəstəliklərini təyin etmək mümkün olacaq…

Amerika və amerikalılar...

"Sizcə Amerika necədir, özünüzü burada necə hiss edirsiz" sualıma özünü çox yaxşı hiss etdiyini, söyləyir:

- Amerikalılar istiqanlı insanlardır. Karyera sahəsində ünsiyyətə tez gəlirlər. Əgər sən öz məqsədlərinə nail olmaq üçün çox çalışır və çətinliklərdən qorxmursansa, öz imkanlarını realizə etmək üçün Amerika misilsiz ölkədir. Amerikasayağı həyat iş, yenə də iş deməkdir. Və həyat ritmi çox gərgindir. Məişət zəmnində isə məndən ötrü Amerika özündə super rahatlığı ehtiva edir. Burada hər şey insanın rahatlığı üçün düşünülüb…


Azərbaycan - Amerika…


Azərbaycanlılarla amerikalılar arasında fərqi soruşanda:

-Əlbəttə ki, var. Tamami ilə fərqli mədəniyyət, fərqli cəmiyyət. Həyat tərzləri, düşüncələri bizdən çox fərqlidir. Və mən bu fərqli cəmiyyətə, fərqli düşüncəyə uyğunlaşmağa çalışıram. Amerikalılar fərdiyyətçidilər və burada özünəpərəstiş məktəbdə oxuyarkən onlara aşılanır. Nəticədə onu deyə bilərəm ki, bəzi Avropa ölkələrini çıxmaq şərti ilə, dünyanın heç bir yerində azərbaycanlıların ailə inistitutundan güclüsü yoxdur.

Burada ailələrin çoxu bir- birindən perik düşüb. İllərlə bir-birinin üzünü görmürlər. Ailə müqəddəsliyi olmadığından yaşlıların əksəriyyəti qocalar evlərində ömür sürür. Qadınlar hər şeyi karyerasına qurban verir. Akademik ara yüksəlməkdən ötrü qadınlara kişilərdən artıq çalışmaq gərək olur. Məsələn, çalışdığım akademik arada bir tələbə - doktorant kimi yeganə qadın idim ki, övladlarım vardı. Bunlar qeyri-rəsmi münasibətlərə daha çox üstünlük verirər. Mənlə yaşıd qadınların heç birinin hələ də mükəmməl ailəsi yoxdur.
Bütün bunlara görə milli adətlərimizə, mənə tərbiyə verən valideynlərimə, həyat yoldaşıma minnətdaram, - deyərək cavab verdi...

Və…

Xaricdə yaşayan həmvətənlilərimizə nə arzulayırsız- soruşanda söylədi:

- Bütün hallarda öz kökünə, milli ənənələrimizə, adətlərimizə və əsasən də biri-birinə hörmət nümayiş etdirsinlər. Məqsədə doğru inamla səy göstərsinlər. Çətinliklərdən qorxmaq lazım deyil. Zəhmət heç vaxt nəticəsiz qalmır...

… Bəli, haqqında söhbət açdığım bu şəxs davranışı, mədəniyyəti, elmi, savadı ilə onu əhatə edən amerikalılarda Azərbaycana rəğbət aşılayan bir azərbaycanlı xanımıdır. Ekologiya üzrə fəlsəfə doktoru Əminə Nəcəf qızı Salamova…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03