Arxiv
3 Yanvar 2019, 12:54 | ÖLKƏ
Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI  

Xeyli vaxtdır qış aylarını yaşayırıq. Yanvarın əvvəli olmağımıza baxmayaraq, hələ də paytaxt Bakıya qar yağmayıb. Üstəlik, şaxtalı hava şəraiti də müşahidə edilmir.

Paytaxt sakinləri builki qış fəslinin mülayim keçdiyini əsas gətirərək, qar görməyəcəklərini güman edirlər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Modern.az-a açıqlamasında xatırladıb ki, yanvar və fevral ayları qış fəslinin ən soyuq ayları kimi xarakterizə olunur. Onun sözlərinə görə, artıq ETSN yanvarın ilk günləri ilə bağlı hava şəraitini açıqlayıb:


“Bu il qış fəslində temperatur iqlim normasından 0,5 – 1 dərəcə yüksək olacaq. Bu il də qışın mülayim keçəcəyi gözlənilir, amma şaxtalı və qarlı günlərin müşahidə olunacağı da istisna deyil. Cari ayın ilk ongünlüyündə paytaxtda və regionlarda hava şəraitində ciddi dəyişiklik proqnozlaşdırılmayıb. Paytaxtda mülayim cənub-qərb küləyi arabir güclənəcək, temperatur 8-12 dərəcə arasında dəyişəcək. Regionlarda isə yanvarın ilk günlərində hava şərait normal keçəcək, müəyyən yerlərdə duman olacaq. Temperatur iqlim normasına yaxın, bəzi günlərdə normadan artıq ola bilər”. 

Gülşad Məmmədova xüsusi vurğulayıb ki, hələlik yanvar ayı üçün qar deyil, arabir çiskinli yağış proqnozlaşdırılır:

“Amma yanvarın sonları ilə bağlı proqnozları dəqiqləşdirdikdən sonra mətbuata açıqlayacağıq.

Xatırlatmaq istəyirəm ki, ötən ilin də bu vaxtları paytaxt ərazisində hava mülayim keçib. Lakin dağlıq və dağətəyi rayonlarda şaxtalı hava müşahidə olunub.
Hazırda da bəzi bölgələrimizdə havanın minimal temperaturu mənfi 10 dərəcəyə qədər enib. Qeyd etdiyim kimi, paytaxtda, Mərkəzi Aran bölgəsində şaxta müşahidə olunmur”.

AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov isə söyləyib ki, Bakı üçün qışın ən soyuq məqamı yanvar ayının sonu və fevralın ilk günləridir. Ona görə, bu il də Bakıya qar yağmayacağını əminliklə demək olmaz:

“Qar örtüyünün rayonlarımıza yağdığı qədər çox olacağını düşünmürəm. Amma ehtimal oluna bilər ki, az da olsa, Bakıya da qar yağacaq. Qarın yağmamasını tamamilə iqlim dəyişmələri ilə izah etmək də düzgün deyil. Çünki rayonlarımızda qar da, şaxtalı hava şəraiti də müşahidə olunur. Bu il payız aylarında və qış fəslinin başlanğıcında Bakıda yağışların miqdarı bir qədər yüksək, intensivliyi artıq oldu. Əgər temperatur nisbətən aşağı düşsə, yağış buludları qara çevriləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:59 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01