Arxiv
18 Yanvar 2019, 14:22 | AKTUAL
Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması

Elməddin Behbud

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli ölçüdə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada inkişafından narahat olan antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil.

Bunlar demək olar ki, fasiləyə çıxmadan çalışırlar. Sadəcə biz bu cinahın bəzən yaxın, bəzən də uzaq məsafədən açdığı atəşin səsini eşidirik. Mövzuyla bağlı vurğulanması vacib olan bir neçə önəmli məsələ var. Bunlarla bağlı fikirlərimi geniş şəkildə yazmağa xüsusi ehtiyac görmədiyimdən sadəcə bir neçə məqamın üzərində dayanacam. Regionda geosiyasi aktorların gedişlərini davamlı izləyənlər yaxşı anlayır ki, ölkəmizlə münasibətlərin pisləşməsinə xidmət edən bolşeviklərin Azərbaycanı işğal etdikləri ilk dövrlərdə irəli sürdükləri "rədd olsun papaq, yaşasın kepka" devizindən daha məntiqsiz görünən "rədd olsun bir pors, yaşasın yarım pors" sərsəmliyi və prinsipsizliyilə ilə "aclıq" aksiyası keçirdiyi iddia olunanın müdafiəsi üçün qəbul olunduğu deyilən dünənki qətnamə heç Avropa İttifaqının da mənafeyinə xidmət etmir. Bu baxımdan məlum qətnamənin qəbulu bir yandan Avropa Parlamentinin deputatlarının birtərəfli qaydada və yanlış informasiya vasitəsilə yönləndirilməsindən qaynaqlanırsa, digər tərəfdən isə məlum "aclıq aksiyası" şousunun öncədən planlaşdırıldığının və müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir. Bu əsnada təbii ki, beşinci kalonun fəallığını artırmasını da diqqətdən kəbarda qoymaq olmaz.
Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevirilməməsi şərtilə) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistanın cinayətkar hakimiyyətinə qarşı sanksiya tətbiqindən yayınan bir qurumun bu tip qərarlarının səmimiyyətinə inandıra bilməz! 
Rəsmi qurumların açıqlamalarını bir kənara qoya bilərik, bəs Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstromun müzakirələr zamanı etdiyi çıxışda Aİ ölkələrinin Azərbaycandakı diplomatlarının Mehman Hüseynova baş çəkdiyini və onun aclıq aksiyasını dayandırdığını deməsinin də antiazərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmamasını necə izah edək?! 

Əminəm ki, Cənab Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunmasıyla bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəsət xarici dairələrin alətinə çevrilənlərin iştirak etdiyi bu "layihəni" də uğursuzluqla bitirəcək və Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq. Bu birmənalıdır! Ancaq bir məsələnin üzərindən sükutla keçsəm olmaz. Qətnamədə xüsusi vurğulanan məqamlardan biri də ölkəmizdə LGBT "icma"sı adlanan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müddəanın olmasıdır. Görəsən Azərbaycan əlehinə qəbul edilən hər bir sənədi doğum günləri kimi sevinclə qeyd edən radikallar bu qətnamənin hansı tələbinə görə daha çox şad olublar?!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30
SORĞU Hansı vaksinə etibar edirsiniz?