Arxiv
21 Yanvar 2019, 08:26 | DİASPOR
Amerikadakı Leyli və Məcnun...  

Söhbətimə Məmməd Səid Ordubadinin bir kəlamı ilə başlamaq istəyirəm: "Evlənməkdə uduzmaq, bütün həyatı uduzmaq deməkdir". Bəli, ailə sevgi üzərində qurulanda həyat da gözəl olur. Lap elə Emil Sultanovun qurduğu ailə kimi…

Adətən söhbətlərimdə fərdlərdən danışıram. Amma bu cütlüyün arasında olan mehriban münasibət məni o qədər heyrətləndirdi ki, Emili Nərminədən, Nərminəni Emildən ayra bilmədim…

Emil Sultanov 1972-ci ildə Bakıda dünyaya gəlib. 1989-cu ildə Bakıxanov qəsəbəsindəki 72 nömrəli məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Neft Akademiyasında ali təhsilini başa vuraraq, mühəndis-elektrik ixtisasına yiyələnib. 1995-1997-ci illərdə "İNTRANS" internet təhcizatı şirkətində mühəndislik edib. 1997-2001-ci illərdə Bakıdakı banklardan birində informasiya texnikaları üzrə menecer vəzifəsində çalışıb. 2001-2007-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyində yenə də eyni ixtisas üzrə menecer işləyib. 2007-ci ildə təhsilini artırmaq üçün ABŞ-a gəlib. 2010-cu ilədək Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, kompüter elmləri üzrə magistr səviyyəsinə yüksəlib. Orada təhsil alarkən məşhur "Beckman Coulter" şirkətində tibbi avadanlıqların proqramlaşdırılması üzrə altı aylıq təcrübə keçib…

2010-cu ildən Kaliforniya ştatının Rancho Santa Margarita şəhərində yaşayır. Elə o vaxtdan da ştatın İrvine şəhərində fəaliyyət göstərən dünyada məşhur "Masimo Corporation" tibbi avadanlıqları şirkətində çalışır. Ötən bu müddət ərzində o, sıravi mühəndislikdən böyük aparıcı mühəndis vəzifəsinədək yüksələ bilib. Deyir ki, "Dəfələrlə Azərbaycana qayıtmaq istədim. Amma çətinliklərə sinə gərərək, ayağa qalxa bildim. İndi özümü çox xoşbəxt hiss edirəm"…

Ömür-gün yoldaşı Nərminə İsmayılova ilə Azərbaycanda oxuyarkən tanış olublar, bir qrupda təhsil alıblar. Aralarındakı sevgi o qədər safdır ki, mən onları əsrimizin Amerikadakı azərbaycanlı Leyli və Məcnunu adlandırardım…

Nərminə xanım ixtisasca dizaynerdir. Dizayn şirkətində çalışır. Bütün varlığı ilə Azərbaycana bağlıdır. Kaliforniyada azərbaycanlıların elə bir tədbiri olmayıb ki, orada Nərminə xanımın əməyi olmasın. Həm tədbirlərin dizayn, tərtibat məsələlərində və həm də maliyyə dəstəyində. Atası Namiq İsmayılov uzun illər neft sənayesində mühəndis kimi çalışıb…


…Bu ailədə iki oğlan böyüyür. Nazimin 16, Mikayılın isə 9 yaşı var. Hər ikisi azərbaycan dilini gözəl bilir. Azərbaycanlı olduqlarından qürur duyurlar…

Nərminə xanım özünə milli paltar tikib, Novruz tədbirlərində onu geyinərək amerikalılara nümayiş etdirir. Azərbaycanın nə qədər qədim ənənəyə malik olduğunu amerikalılara çatdırmağa çalışır…

Deyir ki,- "Baxmayaraq 11 ildir buradayıq, Azərbaycanla nəfəs alıram. Hər gün, yuxudan duran kimi Azərbaycan xəbər saytlarına baxıb, ölkəmizdə baş verən hadisələrlə maraqlanıram. Vətənimin ağrı-acısı, sevinci də mənimdir"…

…Nərminə xanım nə qədər gülərüz, şən olsa da, Emil bəy bir o qədər ciddi, təvəzökardır. Amma hər ikisi də çox mehriban insanlardır. Onlarla ünsiyyətdə olarkən adam uzaq Amerikada olduğunu unudur, elə bil ki, elə doğma Azərbaycandasan…

Bu ailənin arzuları çoxdur. Övladlara yüksək təhsil vermək, əsl azərbaycanlı kimi böyütmək onların ən böyük istəkləridir…

Bəli, zəif ailə inistitutu olan Amerikada Azərbaycan ailəsinə xas olan sevgini, vəhdəti yaşadan bu cütlüyə Allah həmişə dayaq olsun!..


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27