Modern.az

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

Aktual

21 Yanvar 2019, 19:10

Prezident İlham Əliyev Meksika Prezidenti Andres Manuel Lopes Obradora başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

 

"Hörmətli cənab Prezident, İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır