Arxiv
7 Fevral 2019, 21:13 | İQTİSADİYYAT
Əmanətlərin tam sığortalanmasını daha 1 il uzadılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması daha bir il uzadılacaq. Modern.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, artıq “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir: “Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Buna görə də Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

Beləliklə, Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla növbəti bir il müddətində də tam sığortalanır və tam kompensasiya olunur. Sığortalanmış əmanət qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək.

Əmanətlərin tam sığortalanması və Prezident İlham Əliyev tərəfindən aparılan digər uğurlu iqtisadi islahatların hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatmış, başqa sözlə, 9.6 faizdən çox artmışdır. Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 5.6% (291 mln. AZN), tələbli depozitlər isə 18.5% (436 mln. AZN) artıb.

Bundan əlavə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada (¾-ü milli valyutada) artımını şərtləndirmişdir. Belə ki, milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 2,1 dəfə artmış, xarici valyutada olan əmanətlər isə 65 faiz azalmışdır. Nəticədə, 2015-ci ilin sonu ilə müqayisədə dollarlaşma 22 faiz bəndi azalmışdır.

Bütövlükdə, əmanətlərin tam sığortalanması mexanizmi 7 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir.

Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək cəmi əmanətlərin 24.3%-ni (2.3 mlrd. manat) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə əmanət portfelinin 77%-i (6.4 mlrd. manat) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24%-ni (1.5 mlrd. manat) 30 min manata qədər əmanətlər təşkil edir. Göründüyü kimi, dövlətin sığortaladığı əmanət həcmi 3 dəfəyədək artmışdır. Bu isə əmanətlərin tam sığortalanması mexanizminin nə qədər effektiv olduğunu bir daha göstərir.

Əhalinin banklara artan etimadı şəraitində əmanət həcminin böyüməsi nağd dövriyyənin azalması, nağdsız dövriyyənin isə artmasına zəmin yaradır. Maliyyə vəsaitinin bank dövriyyəsinə cəlb edilməsilə iqtisadiyyatın səmərəlilik, hesabatlılıq və şəffaflıq imkanları genişlənir.

Prezident İlham Əliyevin qərarı milyonlarla bank əmanətçisinin marağını ifadə etməklə yanaşı, həm də potensial əmanətlər üçün təşviq mexanizmidir. Əmanətlərin tam sığortalanması gələcəkdə xüsusilə manatla əmanətlərin həcminin artmasına zəmin yaradacaq. Azərbaycan manatının regionda ən sabit valyuta olması və ölkəmizdə inflyasiyanın aşağı həddi şəraitində əhali üçün banklarda əmanət yerləşdirmək daha əlverişlidir. Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması əhalinin banklara etimadını daha da gücləndirəcəkdir. Prezidentin həyata keçirdiyi digər uğurlu iqtisadi islahatlar kimi əmanətlərin tam sığortalanaması barədə qərar da ilk növbədə əhalinin maraqlarının təmin olunmasına və insan amilinə xidmət edir.

Prezident İlham Əliyevin qərarı həm də bankların maraqlarına uyğundur. Çünki dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur. Yaranmış makroiqtisadi sabitlik şəraitində üstəlik əmanət cəlbinin də təmin edilməsi banklar üçün bir avantajdır. Qlobal və regional səviyyələrdə iqtisadiyyatda baş verən proseslər fonunda Azərbaycanda əmanətlərin tam sığortalanması ölkəmizdə maliyyə sabitliyi və bank sisteminin dayanıqlığı üçün əlavə bir imkandır.

Azərbaycanda əmanətlərin tam sığortalanması dünyada rast gəlinən nadir hallardandır. Məsələn, qonşu ölkələrdən Gürcüstanda 5000 lari (3 200 AZN), Rusiyada 1.4 milyon rubl (36 000 AZN), Türkiyədə 100 000 lirə (32 000 AZN) və Qazaxıstanda 15 milyon təngə (66 000 AZN) məbləğinədək əmanətlər sığortalanır. Bu limiti keçdikdə isə yalnız limit qədər olan əmanət məbləği sığortalanır. Bundan başqa, ABŞ-da 250 000 dollar (425 000 AZN), Kanadada 100 000 dollar (170 000 AZN), əksər Avropa İttifaqı ölkələrində 50 000 avro (100 000 AZN), Malayziyada 250 000 rinqit (104 000 AZN) və Estoniyada isə 100 000 avro (200 000 AZN) həcmində olan əmanətlər sığortalanır. Müqayisə göstərir ki, Azərbaycan dövləti əmanətlərin tam sığortalanmasını həyata keçirməklə bu sahədə əhalinin maraqlarını ən yüksək səviyyədə qoruyur.”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47