Modern.az

İsmayıllı və Ağsuda \"afterşok\"lar davam edir

İsmayıllı və Ağsuda \

8 Fevral 2019, 21:37

Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda "afterşok"ların qeydə alınması hələ də davam edir. Modern.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

 

Onun sözlərinə görə, bu ərazilərdə hiss edilməyən yeraltı təkanlar baş verir: "Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək".

 

Qeyd edək ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

 

Sonuncu zəlzələ fevralın 6-da saat 06:25:50-də Pirqulu stansiyasından 9 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir