Arxiv
11 Fevral 2019, 11:29 | AKTUAL
İran-Azərbaycan sərhədində İNSİDENT - sərhəd pozucusu güllələndi  

2019-cu ilin 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçıb.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı deputat cəbhədəki vəziyyəti britaniyalı deputatlarla müzakirə etdi 14 İyul 2020, 15:17 Deputat: Ermənistan tərəfindən törədilən təxribatlar onun təcavuzkar siyasətini açıq şəkildə nümayiş etdirir 14 İyul 2020, 15:00 Tovuz istiqamətində şiddətli döyüşlər gedir - Müdafiə Nazirliyi 14 İyul 2020, 14:54 Ermənistanın artilleriya atəşi nəticəsində Tovuzda ev və həyətyanı sahələrə ziyan dəyib 14 İyul 2020, 14:52 Ermənistan ordusunun zabitləri məhv edildi - RƏSMİ 14 İyul 2020, 14:46 Deputat: “Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır” 14 İyul 2020, 14:41 Kremldən Tovuzda gedən döyüşlərə REAKSİYA 14 İyul 2020, 14:36 Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı yeni AÇIQLAMA 14 İyul 2020, 14:30 Müdafiə Nazirliyi cəbhədə yaranmış vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 14:24 Toyuna hazırlaşan şəhid hərbçimiz dəfn olunur - FOTO 14 İyul 2020, 14:18 Beş nəfəri hədələyərək 2 mindən çox pul aldı 14 İyul 2020, 14:12 Bakı sakinləri kredit borcunu ödəyə bilmir 14 İyul 2020, 14:06 Dünya Bankı Azərbaycanı digər ölkələrə nümunə göstərdi 14 İyul 2020, 14:00 Sabirabadda tüfənglə qonşusunu güllələyən şəxs saxlanıldı 14 İyul 2020, 13:54 KTMT-dən ermənilərin törətdikləri təxribatla bağlı BƏYANAT 14 İyul 2020, 13:48 Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA 14 İyul 2020, 13:42 Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək 14 İyul 2020, 13:36 Tovuz döyüşlərində 7 hərbçimiz ŞƏHİD OLUB - SİYAHI 14 İyul 2020, 13:30 Sabahın hava PROQNOZU 14 İyul 2020, 13:25 “Hazırda cəbhə bölgəsində döyüşlər davam edir” - Nazir müavini  14 İyul 2020, 13:20 Ordumuzun generalı və polkovniki ŞƏHİD OLDU 14 İyul 2020, 13:15 Rusiyada koronavirusa yoluxanların sayı 740 minə çatdı 14 İyul 2020, 13:09 Goranboyda online-video müşavirəsi keçirilib - FOTO 14 İyul 2020, 13:04 “Qafqaz lokal müharibə astanasındadır” – Gürcü politoloq 14 İyul 2020, 13:00 Ordumuz ermənilərin daha bir sıra mövqelərini məhv etdi - VİDEO 14 İyul 2020, 12:54 Ermənilərin açdığı atəş nəticəsində Azərbaycanın mülki vətəndaşı həlak oldu 14 İyul 2020, 12:48 Milli Məclisin Sədri TürkPA-ya və Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə müraciət etdi 14 İyul 2020, 12:42 Fazil Mustafanı da Prezident Adminstrasiyasına çağırdılar 14 İyul 2020, 12:36 Ermənilər Tovuzda mülki şəxsləri hədəfə aldılar - RƏSMİ 14 İyul 2020, 12:30 Müəllimlər üçün imtahan keçiriləcək 14 İyul 2020, 12:25 Bu şəhərdə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - FOTOLAR 14 İyul 2020, 12:20 Pakistandan Ermənistana SƏRT BƏYANAT 14 İyul 2020, 12:15 Prokurorluq Goranboydakı hadisə ilə bağlı məlumat yaydı 14 İyul 2020, 12:10 28 yaşlı kişi keçmiş arvadının boğazını kəsdi 14 İyul 2020, 12:05 İTV avtomobillərin hərəkətini monitorinq edəcək 14 İyul 2020, 11:59