Modern.az

Qobustanda zəncirvari qəza - xəsarət alan var

Qobustanda zəncirvari qəza - xəsarət alan var

Aktual

17 Fevral 2019, 11:20

Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın Report-a istinadən məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yolun qarlı və dumanlı olması  səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.

 

Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı