Modern.az

Yaddaş düşüncələri... - VİDEO

Yaddaş düşüncələri... - VİDEO

19 Fevral 2019, 14:32

Sakit Ocaqlı

Bu xalqın, dövlətin  bu günü və sabahı - İlham Əliyev

Bu günlər Kütləvi Informasiya Vasitələrinin ölkə başçısının, eləcə də 1-ci vitse-prezident Mehriban Əliyevanın regionlara səfərləri  zamanı içtimaiyyət nümayəndələri ilə keçirdikləri  görüşlər barədə yaydığı məlumatlar hər bir tamaşaçıda, oxucuda  xoş duygular yaradıb. İnsanların səmimi münasibəti, yaxın görüşlər iqtidar-vətəndaş münasibətinin bariz nümunəsidir. Əslində bu cür  münasibətlər daim olub və bu bu gün də var, sabah da davam edəcək.

Hələ 2000-ci ildə Prezident İlham Əliyevin  parlament seçkiləri ərəfəsində Gəncə şəhər sakinləriylə görüşünü çox yaxşı xatırlayıram. Həmin görüşdə Prezident İlham Əliyevin  geniş auditoriya qarşısında çıxışı, insanlarla yaratdıgı səmimi münasibət, şəhər sakinlərinin arzu və istəklərinə, qayğılarına həssaslıqla yanaşması bunu deməyə əsas verir ki, 19 il öncə  xalq qarşısında dediyi sözlərə dövlət başçısı sadiqdir, indi də də hər bir ölkə vətəndaşının yanındadır.

Bu münasibət ,insanlara olan diqqət və qaygı nədən qaynaqlanır?  

Dahi şəxsiyyət Heydər Əliyevlə bağlı bir neçə xatirəmi bölüşmək istərdim.

Ulu öndərin həmişə “Mən İlham Əliyevə özüm qədər inanıram” deməsi ölkə başçısının  bu xalqa olan yaxın, dogma münasibətinin əsas göstəricilərindəndir.


2000-ci ilin yay günlərindən biri idi, Heydər Əliyev Xətai rayonundakı parkın açılışında iştirak etmək üçün ora gəlmişdi. Mən bir jurnalist kimi bu cür anların çox şahidi olmuşam. Həmin gün Ümummilli liderin sakinlərlə görüşü onda xüsusi bir ovqat yaratmışdı. İnsanlarla daim yaxın məsəfədə olan, dogma münasibət quran Ulu öndər bu cür görüşlərdən xüsusi zövq alırdı. Yenidən təmir olunaraq sakinlərin istifadəsinə verilən həmin parkın onlar üçün nə qədər əhəmiyyətli olduğunu hamıdan yaxşı o bilirdi. Ona görə də elə bil orda yaşayan onlarla sakinin biri də özü idi, sadə inanlara qoşulub onlarla birgə sevinirdi.


1997-ci ilin soyuq qış aylarından biri idi. Yanvar ayının ortalarına təsadüf edən bu görüşü də yaxşı xatırlayıram. Xalq şairi Bəxtiyar Vahabzadə Türkiyədə əməliyyat olunduqdan bir müddət sonra yenidən vəziyyəti ağırlaşmışdı. Ulu öndər o vaxtkı “Kaspar” xəstəxanasında müalicə alan şairlə görüşə getmişdi. Bu görüşdə çox səmimi söhbətlər oldu. Səhiyyənin inkişafı ilə baglı fikirlər səsləndi. Türkiyədəki səhiyyənin inkişafından danışıldı. Rusiyada təhsil alan azərbaycanlıların bu sahədə qazandıqları təcrübədən və nailiyyətlərdən söhbət düşəndə Ulu öndər yanvar ayı olduğu üçün 20 yanvar hadisələrini xatırladı. İnanın, çox duygulu bir söhbət oldu. O vaxtlar Moskvada sovet rəhbərlərinin Heydər Əliyevə qarşı olan münasibəti bəlli idi. Bu görüşdə Ulu öndər xüsusi bir məqama toxundu.O, dedi: “Biz evdən Azərbaycan nümayəndəliyinə getməyə hazırlaşanda belə bir təklif etdim və dedim ki, nümayəndəliyə mən, qızım Sevil və Mahmud  getsin,  İlham qoy evdə qalsın. Bizə qarşı təxribat olarsa heç olmasa ailədən bir nəfər sağ qalsın. Bu sözləri eşidən kimi İlham dedi ki, yox ata, mən də sizinlə birlikdə gedəcəyəm. Əgər öləcəyiksə, birlikdə öləcəyik, qalacağıqsa hamımız sag qalcağıq”. 
İlham Əliyevin o zaman atası Heydər Əliyevə dediyi “Mən də sizinlə gedəcəyəm” sözləri  Şairlə olan görüşdə ziyalıları, tibb heyyətini çox duyğulandırdı.

İndi bu sətirləri təzədən qələmə alanda belə kövrəlirəm,  özümə hakim kəsilə bilmirəm.  Prezident İlham Əliyevin ölkəyə, vətənə hələ gənclik dövründən necə bir yanaşma sərgiləməsi məni həmişə duyğulandırıb. Onun haqqında eşitdiyim o sözlər mənim üçün daim  bir işıq, bir örnək olub. Xalq sevgisinin hər bir məsələnin fövqündə dayandığını, hətta həyatına təhlükəni göz önünə alaraq, xalqla birlikdə olduğunu 29 il öncə sübut etmiş  dövlət başçımız  bu gün də xalqına sevgisini onlarla keçirdiyi görüşlərdə göstərir, sadə insanların yanında olur.

Həmişə dilimizdə bu sözləri fəxrlə səsləndiririk: “Ulu öndər məktəbinin mahir  bilicisi olan İlham Əliyev”.

Bəli, Prezident ilham Əliyev Ulu öndər məktəbinin mahir bilicisi olması ilə yanaşı, həm də onun qanından, canından olan biridir. Başqa cür də ola bilməzdi. Bu addım Heydər Əliyev zəkasının, dühasının məhsuludur. Daim xalqın arzusu, istəyi ilə yaşayan dövlət başçımız son görüşlərində Beyləqanda və Sumqayıtdaxalqa nə qədər yaxın oldugunu nümayiş etdirdi. Bu kadrları şərh etməyə ehtiyac yoxdu.









Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü