Modern.az

Real TV bütün ölkəyə yayımlana bilər

Real TV bütün ölkəyə yayımlana bilər

Media

21 Fevral 2019, 21:38

“Son dövrlərdə Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılması özünü doğrultdu”.  Modern.az xəbər verir ki, bunu “Trend”ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

 

O qeyd edib ki, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi: “Biz bunu artıq hiss edirik. Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövürdə informasiya cəmiyyətində zəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanallarının açılmasında maraqlıyıq”.

 

Yeni ümumrespublika televiziya kanalının açılması ilə bağlı MTRŞ-ya müraciətlərin olub olmaması haqda suala cavab verən N.Məhərrəmli bildirib ki, Real TV respublika yayımçısı olmaq üçün müraciət edib:

 

“Biz o müraciətə baxacağıq və yaxın vaxtlarda uyğun qərarımızı verəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər