Arxiv
22 Fervral 2019, 09:32 | İQTİSADİYYAT
“Bank of Baku”dan etiraz - Qarşı tərəfin MÖVQEYİ  

Modern.az saytının 13 fevral 2019-cu il tarixdə saat 11:04-də dərc etdiyi ““Amrahbank” və “Bank of Baku” BAĞLANIR?” başlıqlı məqalə adları çəkilən kommersiya müəssisələrinin etirazı ilə qarşılanıb.

Qeyd edək ki, maliyyə bazarındakı adı açıqlanmayan mənbənin ehtimal etdiyi məlumat əsasında hazırlanan yazıda bankların birmənalı olaraq bağlanacağı bildirilməyib. Buna baxmayaraq, məqaləni hazırlayan müxbir peşə etikasını əsas tutmaqla hər iki bankın rəsmi mövqeyini də öyrənərək, onların PR menecerlərinin açıqlaması ilə yazıya əlavə edib.

Lakin qarşı tərəfin də rəsmi mövqeyinin əks olunduğu yazı “Bank of Baku”nun kəskin etirazına səbəb olub və bununla əlaqədar müəssisə rəhbərliyi adından redaksiyamıza məktub göndərilib.


Bildirilib ki, hazırda kapital adekvatlığı və likvidlik dərəcəsi kifayət qədər yüksək səviyyədə olan “Bank of Baku” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyanın ləğvi və ya məcburi ləğvə məruz qalacağına dair heç bir rəsmi məktub daxil olmayıb.

Bank rəhbərliyi adı çəkilən yazını müəssisənin işgüzar nüfuzuna zərbə kimi qiymətləndirdiyindən Modern.az olaraq qurumun genişləndirilmiş mövqeyini bird aha dərc etməyi vacib sayırıq..

 
“Bank of Baku” ASC-nin Modern.az-a göndərdiyi məktubda bəyan edilib:

“Bütün müştərilər qarşısında olan öhdəliklərimizi tam şəkildə icra etmək iqtidarındayıq. Müştərilərimizdən əmanətlərinin geri qaytarılmasına dair kütləvi müraciətlər daxil olmayıb və bunun üçün heç bir təhlükə və əsas da yoxdur. Əmanətlərin böyük qismi “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlara uyğun şəkildə qorunmaqdadır”.

Əlavə edilib ki, 2018-ci ili 3 milyon 473 min manat xalis mənfəətlə başa vuran “Bank of Baku” ASC həyata keçirdiyi tədbirlər sayəsində fəaliyyətini əhəmiyyətli dərəcədə sabitləşdirib, son illər baş vermiş iki devalvasiyanın yaratdığı mənfi təsirləri tez bir zamanda aradan qaldırmağa nail olub.

Eyni zamanda bildirilib ki, “Bank of Baku” bazardakı mövqeyini qoruyub saxlamaqla bütün maliyyə, texniki, kadr və digər imkanlar hesabına yeni kredit məhsullarının yaradılması, biznes layihələrinin həyata keçirilməsi, habelə problemli kreditlərin restrukturizasiyası yolu ilə itkilərdən sığortalanmağı bacarıb.

Bu açıqlamanı dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “Bank of Baku”ya qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğandan sərt QƏRAR: "ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməyəcəm" 16 Oktyabr 2019, 16:20 Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb 16 Oktyabr 2019, 16:09 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün keçiriləcəyi yer AÇIQLANDI 16 Oktyabr 2019, 16:09 Deputat Parlamentlərarası İttifaqa müraciət etdi: “Bəzi dövlətlərin əməlləri BMT Nizamnaməsinə ziddir” 16 Oktyabr 2019, 15:58 Təbiətə ziyan vuranlar CƏRİMƏLƏNDİ  16 Oktyabr 2019, 15:44 Nazirlik Dövlət Nəzarət Təhükəsizlik Departamentini Baş Prokurorluğa ŞİKAYƏT ETDİ 16 Oktyabr 2019, 15:41 183 min tondan çox pambıq təhvil verilib 16 Oktyabr 2019, 15:30 820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir 16 Oktyabr 2019, 15:16 9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib 16 Oktyabr 2019, 15:14 MİDA 570 mənzili 1 dəqiqədə satdı 16 Oktyabr 2019, 15:11 Azərbaycanın dollardan imtina etməsi mümkün deyil - RƏY 16 Oktyabr 2019, 15:05 Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ 16 Oktyabr 2019, 15:05 Nazir müavini səfirə orden təqdim etdi - FOTO 16 Oktyabr 2019, 14:58 Ərdoğan iclasda Qarabağı misal gətirdi 16 Oktyabr 2019, 14:40 İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB 16 Oktyabr 2019, 14:40 Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI 16 Oktyabr 2019, 14:39 “Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov 16 Oktyabr 2019, 14:22 Dövlət Statistika Komitəsi: Əhalinin siyahıyaalınması BAŞA ÇATDI 16 Oktyabr 2019, 14:19 Nazirlikdən XƏBƏRDARLIQ: “Balıqları məhv edənlər bilsin və qorxsun” 16 Oktyabr 2019, 14:15 Naftalanda piyada vuruldu – qaçan sürücü saxlanıldı 16 Oktyabr 2019, 14:14 “İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ 16 Oktyabr 2019, 14:11 Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO 16 Oktyabr 2019, 13:58 Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ 16 Oktyabr 2019, 13:44 160 milyona yaxın qardaşlıq ailəsi 16 Oktyabr 2019, 13:32 Mehmetçikdən türk idmançılarına mesaj var - VİDEO 16 Oktyabr 2019, 13:32 Fuad Qəhrəmanlıya cinayət işi açıldı 16 Oktyabr 2019, 13:23 “Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” - Vurğun Əyyubun iş yoldaşları və tələbələrinin XATİRƏLƏRİ 16 Oktyabr 2019, 13:19 Sabahın HAVASI: 29 dərəcə isti olacaq 16 Oktyabr 2019, 13:16 Zakir Həsənov: "NATO ölkəmizin ərazi bütövlüyünə siyasi dəstək verir" 16 Oktyabr 2019, 13:08 ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı müzakirə olundu 16 Oktyabr 2019, 13:00 9 ayda Azərbaycana 40 minə yaxın avtomobil gətirilib 16 Oktyabr 2019, 12:54 Prokuror Elinanın direktoruna cəza istədi 16 Oktyabr 2019, 12:31 Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır 16 Oktyabr 2019, 12:23 Türk ordusu Suriyada 637 terrorçu zərərsizləşdirilib 16 Oktyabr 2019, 12:18 Tanınmış azərbaycanlı iş adamı avtomobil qəzasında öldü 16 Oktyabr 2019, 12:18