Modern.az

Sovet kinosunun məşhur ulduzu vəfat etdi

Sovet kinosunun məşhur ulduzu vəfat etdi

9 Mart 2019, 14:58

SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Yevgeni Vaxtanqov adına Moskva teatrının mətbuat katibi bildirib.

Aktyorun ölümünün səbəbləri hələki məlum deyil.

 

Bundan əvvəl V.Etuş bir neçə dəfə səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib.

Sonuncu dəfə onun vəziyyəti yanvar ayında, tamaşa öncəsi pisləşib.

 

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuşun ən məşhur rolları Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarında olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir