Arxiv
12 mart 2019, 17:33 | AKTUAL
“Mehriban xanımın Fransa səfəri əlaqələrin yeni mərhələyə yüksəlməsinə xidmət edir”

“İstər Fransa, istərsə də digər inkişaf etmiş dövlətlər Azərbaycanla əlaqələri yüksək səviyyədə, qarşılıqlı maraqların təmin olunması çərçivəsində təşkil etməkdə maraqlıdır”.

Bunu Modern.az-a Milli Məclisin komitə sədri Səməd Seyidov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfəri haqqında danışarkən deyib. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq münasibətlər çərçivəsində elə bir mövqe tutur ki, yalnız region deyil, dünyanın bütün ölkələri Azərbaycanla ikitərəfli münasibətlər qurmağa çalışır:


“Avropanın inkişaf etmiş ölkələrindən biri, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ilə xüsusilə münasibətlərimiz normal inkişaf etdirilməlidir. Bir müddət öncə biz Fransa ilə bağlı sərt bəyanatlarla çıxış etdik. Xüsusilə, Fransanın bir neçə vilayətinə qondarma Dağlıq Qarabağ nümayəndələrinin dəvət olunması, onlarla dırnaqarası sazişlərin imzalanması Azərbaycanın etirazına səbəb oldu.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri erməni lobbisinin bu dövlət içərisində rəsmi Parisin milli maraqlarına qarşı işləməsinin, Azərbaycan-Fransa münaisbətlərinin pozulmasına cəhdlərin reallaşdırılmasını əngəlləyəcək. Çünki Fransanın milli maraqları baxımından da Azərbaycanla əlaqələrin yüksəldilməsinə təkan verilməsi önəmlidir.
Mehriban xanımın bu ölkəyə səfəri siyasi, iqtisadi və mədəni səviyyədə əlaqələrin yeni mərhələyə yüksəlməsinə xidmət edir. Səfər çərçivəsində imzalanmış sənədlər Fransa və Azərbaycan əlaqlərinə müsbət təsir edən amillərdir. Azərbaycan-Fransa əlaqələrinin güclənməsi ölkələrimiz arasında münasibətlərə zərbə vurmağa cəhd edən erməni lobbisinə güclü cavabdır. Ölkələrimiz arasındakı münasibətlərin inkişafı Azərbaycanın Avropadakı mövqeyinə müsbət təkan verəcək. Ona görə, mən birinci vitse-prezidentin bu səfərini yüksək qiymətləndirirəm. Səfər çərçivəsində imzalanmış sənədlərlə, əldə olunmuş razılıqlarla bir daha beynəlxalq ictimaiyyətə sübut etdik ki, Azərbaycan fərqli, əvəzolunmaz dövlətdir. Xüsusilə, ölkəmiz öz maraqlarını müdafiə etmək və özünə qarşı hər hansı fərqli münasibəti dəf etmək iqtidarındadır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19 “Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın”  - Məzahir Pənahov 20 Fevral 2020, 17:13 “Azərbaycan Diaspor Könüllüləri” Vikipediya təlimlərinə başladı - FOTO 20 Fevral 2020, 17:07 Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI 20 Fevral 2020, 17:01 Azərbaycana keçirilən erməni malları MƏHV EDİLDİ - FOTOLAR 20 Fevral 2020, 16:56 Məzahir Pənahovla deputatlığa namizəd arasında MÜBAHİSƏ 20 Fevral 2020, 16:51 İşğalçıya tarixi dərs 20 Fevral 2020, 16:48 “Azəriqaz”da struktur dəyişikliyi - Yeni departament yaradıldı 20 Fevral 2020, 16:43 Prezidentlər mətbuata bəyanatla çıxış etdilər - FOTO 20 Fevral 2020, 16:37 MSK-dan Musa Quliyevin lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 16:35 Mehriban Əliyevadan İtaliyaya dövlət səfəri ilə bağlı paylaşım - FOTO 20 Fevral 2020, 16:30 Azərbaycana gətirilən qidalarda nöqsanlar aşkarlandı 20 Fevral 2020, 16:24 Bu dairələrdən şikayətləri DSK-lar ARAŞDIRACAQ 20 Fevral 2020, 16:18