Arxiv
15 mart 2019, 09:30 | DİASPOR
ABŞ-ın azərbaycanlı vətəndaşı - Belarus qadının sığınacaq verdiyi soydaşımızın ömür hekayəsi

O, Amerikaya turist kimi gəlib, vizasının müddəti bitəndən sonra geri dönməyib. Çox çətinliklərdən keçib, başına elə hadisələr gəlib ki, danışdıqca hislərimi cilovlaya bilmirdim. Özüylə gətirdiyi pul bitənə yaxın qaldığı oteli tərk etməli olub. Nyu Yorkun Bruklin hissəsindəki həyətlərdən birində skamyada gecələyərkən Lyuba adlı 70 yaşlı bir belarus qadın ona yaxınlaşıb, neçə gündür burada nə üçün gecələdiyini soruşub. O da öz durumunu qadın danışıb, pulunun tükəndiyini, iş axtardığını söyləyib. Lyuba xanım mərhəmət göstərərək, onu öz evinə dəvət edib. Bir neçə gün orada yaşadıqdan sonra qadın ona iş də tapıb. O vaxt Nyu Yorkda fəaliyyət göstərən "Abşeron" restoranına gətirib. Restoranın müdiri, milliyətcə yəhudi olan, Bakının Maştağa kəndindən Yaşar kişi onu işə götürüb və həyatı yavaş-yavaş öz axarına düşüb…


Haqqında söhbət açdığım Həbib Məmmədov 1971-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya gəlib. 1987-ci ildə Bakıdakı 255 nömrəli orta məktəbi bitirərək bir neçə il avtomobil hissələri və aksesuarlarının biznesi ilə məşğul olub. 1991-1995-ci illərdə Ukraynada Taras Bulba adına Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 1995-ci ildə Bakıya dönərək dörd il müxtəlif işlərdə çalışıb.

1999-cu ildən ABŞ-ın Nyu York şəhərində yaşayır. Bir il restoranda aşpazlıq etdikdən sonra 2001-2010-cu illərdə Bruklin Zərgərlik Fabrikində zərgər işləyib. 2010-2013-cü illərdə Nyu York Tibb Universitetində təhsil alaraq tibb işçisi ixtisasına yiyələnib. Eyni zamanda iki uşaq bağçası yaradaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2013-2016-cı illərdə təsis etdiyi tikinti-təmir şirkətinə rəhbərlik edib. 2016-cı ildə "Best Professional Home Care" şirkətini yaradıb. Onun həyat yoldaşı ilə birlikdə rəhbərlik etdiyi bu şirkət Nyu Yorkda yaşayan ahıl yaşlı Azərbaycan, türk və rusdilli əhaliyə xidmət göstərir...

…Ömür-gün yoldaşı Şahnaz xanım ixtisasca ingilis dili müəllimidir. Üç övladı var, iki oğlan, bir qız…

"İngilis dilində danışmağı bacaran, əlində ixtisası, peşəsi olan, xüsusən də həkimlər, mühəndislər buyurub ABŞ-a gələ bilərlər. Bir-iki il çətinlikləri olsa da, sonrakı həyatlarından məmnun qalacaqlar. Nyu Yorka pənah gətirənlərə isə kömək etməyə həmişə hazıram", - Həbib Məmmədov deyir…

Həbib sözün əsl mənasında çox bacarıqlı, necə deyərlər, ürəyi yanan, istiqanlı insandır. Qardaş və bacılarından başqa 50-ə yaxın dost-tanışın Amerikada məskunlaşmasına təmənnasız yardım edib, qayğılarını çəkib…

Bütün insanlar kimi onun da arzuları var. İstəyir ki, işğal olunmuş torpaqlarımız tezliklə geri alınsın. Lazım gələrsə, əlinə silah götürüb döyüşməyə hazır olduğunu da, dilə gətirir. 
Bəli, milli kimliyini uca tutan, Amerikaya turist kimi daxil olan bu soydaşımız, indi Amerika Birləşmiş Ştatlarının azərbaycanlı vətəndaşıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğandan sərt QƏRAR: "ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməyəcəm" 16 Oktyabr 2019, 16:20 Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb 16 Oktyabr 2019, 16:09 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün keçiriləcəyi yer AÇIQLANDI 16 Oktyabr 2019, 16:09 Deputat Parlamentlərarası İttifaqa müraciət etdi: “Bəzi dövlətlərin əməlləri BMT Nizamnaməsinə ziddir” 16 Oktyabr 2019, 15:58 Təbiətə ziyan vuranlar CƏRİMƏLƏNDİ  16 Oktyabr 2019, 15:44 Nazirlik Dövlət Nəzarət Təhükəsizlik Departamentini Baş Prokurorluğa ŞİKAYƏT ETDİ 16 Oktyabr 2019, 15:41 183 min tondan çox pambıq təhvil verilib 16 Oktyabr 2019, 15:30 820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir 16 Oktyabr 2019, 15:16 9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib 16 Oktyabr 2019, 15:14 MİDA 570 mənzili 1 dəqiqədə satdı 16 Oktyabr 2019, 15:11 Azərbaycanın dollardan imtina etməsi mümkün deyil - RƏY 16 Oktyabr 2019, 15:05 Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ 16 Oktyabr 2019, 15:05 Nazir müavini səfirə orden təqdim etdi - FOTO 16 Oktyabr 2019, 14:58 Ərdoğan iclasda Qarabağı misal gətirdi 16 Oktyabr 2019, 14:40 İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB 16 Oktyabr 2019, 14:40 Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI 16 Oktyabr 2019, 14:39 “Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov 16 Oktyabr 2019, 14:22 Dövlət Statistika Komitəsi: Əhalinin siyahıyaalınması BAŞA ÇATDI 16 Oktyabr 2019, 14:19 Nazirlikdən XƏBƏRDARLIQ: “Balıqları məhv edənlər bilsin və qorxsun” 16 Oktyabr 2019, 14:15 Naftalanda piyada vuruldu – qaçan sürücü saxlanıldı 16 Oktyabr 2019, 14:14 “İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ 16 Oktyabr 2019, 14:11 Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO 16 Oktyabr 2019, 13:58 Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ 16 Oktyabr 2019, 13:44 160 milyona yaxın qardaşlıq ailəsi 16 Oktyabr 2019, 13:32 Mehmetçikdən türk idmançılarına mesaj var - VİDEO 16 Oktyabr 2019, 13:32 Fuad Qəhrəmanlıya cinayət işi açıldı 16 Oktyabr 2019, 13:23 “Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” - Vurğun Əyyubun iş yoldaşları və tələbələrinin XATİRƏLƏRİ 16 Oktyabr 2019, 13:19 Sabahın HAVASI: 29 dərəcə isti olacaq 16 Oktyabr 2019, 13:16 Zakir Həsənov: "NATO ölkəmizin ərazi bütövlüyünə siyasi dəstək verir" 16 Oktyabr 2019, 13:08 ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı müzakirə olundu 16 Oktyabr 2019, 13:00 9 ayda Azərbaycana 40 minə yaxın avtomobil gətirilib 16 Oktyabr 2019, 12:54 Prokuror Elinanın direktoruna cəza istədi 16 Oktyabr 2019, 12:31 Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır 16 Oktyabr 2019, 12:23 Türk ordusu Suriyada 637 terrorçu zərərsizləşdirilib 16 Oktyabr 2019, 12:18 Tanınmış azərbaycanlı iş adamı avtomobil qəzasında öldü 16 Oktyabr 2019, 12:18