Arxiv
27 mart 2019, 13:30 | İQTİSADİYYAT
Soğan niyə bahalaşdı? - Nazirlik AYDINLIQ GƏTİRDİ

Son 15 gün ərzində Azərbaycanda soğanın qiyməti 60-70 qəpikdən 1 manat 50 qəpiyədək bahalaşıb. Bəziləri bunu ixracın artması, bəziləri qıtlıq, bəziləri isə süni qiymət artımı ilə əlaqələndirir. Maraqlıdır, son günlər soğanın qiyməti niyə göz "yaşardır"? Modern.az məsələni dəqiqləşdirmək üçün Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadəyə müraciət edib. 

 

F.Fikrətzadə bildirib ki, ötən ilin anoloji dövründə soğanın qiyməti 60-70 qəpik təşkil edib:

“Hazırda isə soğanın pərakəndə satış qiyməti 1 manat 20 qəpik - 1 manat 30 qəpik arasında dəyişir. Bunun da əsas səbəbi bu ilin yaz mövsümündə Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artmasıdır. Adətən Azərbaycanda yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7300 ton soğan ixrac edilib. Ötən ilin eyni dövründə cəmi 1200 ton soğan ixrac olunmuşdu. Bu ilin 2 ayı ərzində ixrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib. Bu isə bazar şərtlərinə təsir edib.

Bir neçə ay sonra faraş soğan istehsal olunacaq. Biz ixracı bunun hesabına daha da artıracağıq”.

 

Müsahibimiz qeyd edib ki, yaxın günlərdə soğanın qiymətinin ucuzlaşacağı gözlənilir:

“Soğanın qiymətindəki bahalaşma qısamüddətli bazar ajiotajıdır. Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya bazarlarına sanksiyalarla əlaqədar ixrac artmışdı. Amma həmin vaxt da bahalaşmada ixracın həcminin artımından çox ajiotaj daha böyük rol oynadı.

İndi hamı düşüünr ki, soğan Türkiyəyə satılır deyə, qıtlıq olacaq.  Amma hazırkı qiymət bahalaşması sırf Türkiyəyə soğan ixracının artımı ilə əlaqdar yaranmış ajiotajdan doğur. Ajiotaj səngiyən kimi, soğanın qiyməti əvvəlki həddində qərarlaşacaq. Yaxın günlərdə soğanın qiymətinin mövsümün qiymət səviyyəsinə uyğun olacağını düşünürəm”.

 

Nazirlik rəsmisi “daxili tələbat nəzərə alınmadan ixracın kəskin artımı nə dərəcədə doğrudur” sualına “bu, sahibkarların qərarıdır” cavabını verib.

“Sahibkarlar bazarın reaksiyasına uyğun olaraq, istehsal həcmini artırıblar. Soğanda ixrac ənənəsinin yaranması müsbət haldır. 2017-cı ildə 56 min ton, 2018-ci ildə 40 min ton soğan ixrac etmişik. Hansı ki, tarixən həmişə ildə 3-5 min ton faraş soğan ixrac olunub. Növbəti dəfə daxili bazarda qiymətlərin stabilliyi təmin olunmaq şərtilə bazar imkanlarından istifadə edərək, soğan ixracımızı daha da artırmağa nail olacağıq”.

 

F.Fikrətzadə qeyd edib ki, Türkiyəyə ixrac edilən soğan əsasən Beyləqan, Ağdam, Bərdə, Ağcabədi, Şəmkirdə istehsal edilir.

O, eyni zamanda daxili bazarda soğan qıtlığının yaranması ilə bağlı iddialara da münasibət bildirib:

“Soğan istehsalının artdığını nəzərə alsaq, qıtlıqdan söhbət belə gedə bilməz. 2018-ci ildə tarixdə ilk dəfə Azərbaycanda 235 min ton soğan istehsan olunub. Adətən bizdə il ərzində 150-170 min ton soğan istehsal edilirdi. Bu qədər istehsal artımının qarşısında ixracın 5 min ton yüksəlməsi bazarda qıtlıq yaradacaq hədd deyil.

Ümumiyyətlə, bu il üçün ötənilkindən də yüksək soğan istehsalı gözlənilir. Çünki artıq soğan istehsalçıları birbaşa ixrac bazarları ilə işləmək təcrübəsi əldə ediblər ki, bu da bazara müsbət siqnal ötürür. Soğan istehsalında ixtisaslaşmış fermerlərimiz müasir texnologiyalar tətbiq etməklə 1 hektardan 30-40 tona qədər soğan alırlar. Çünki dünya bazarında bizim məhsulumuza tələbat artır. Dünya bazarında soğanın 1 tonunun ixrac qiyməti 400-420 dollardır. Bizim ixrac soğanımız isə 300-350 dollara təklif olunur. Bu da qiymət baxımından bizim üçün əlevrişlidir”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 "ASAN xidmət"də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23 Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı 8 İyul 2020, 18:17 Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir 8 İyul 2020, 18:09 Bakıda “Mercedes” yandı 8 İyul 2020, 18:00