Modern.az

Banklardakı əmanətlər 17,8 milyard manata çatıb

Banklardakı əmanətlər 17,8 milyard manata çatıb

İqtisadiyyat

28 İyul 2026, 10:24

2026-cı il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi artmaqda davam edir.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 17 milyard 799,8 milyon manat təşkil edib.

Əmanətlərin 70,8 faizi milli valyutada, 29,2 faizi isə xarici valyutada yerləşdirilib.

Hesabata görə, milli valyutada saxlanılan əmanətlərin həcmi illik müqayisədə 24,4 faiz, xarici valyutada olan əmanətlər isə 5,3 faiz artıb.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib