Arxiv
30 mart 2019, 19:54 | AKTUAL
“David Tonoyan bu cür absurd və sərsəm bəyanatlarla...” - Müdafiə Nazirliyi

“Ermənistanın baş naziri Nikol Paşinyan Vyana görüşünü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətindəki hərc-mərcliyi göstərir”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.


Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan Nyu York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə “Ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” kimi fikirlər işlədib.


Vaqif Dərgahlı bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada keçirdiyi görüşü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur:

"Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan Tonoyan bunu müxtəlif üsullarla ölkə rəhbərliyi və ictimaiyyətindən gizlətməyə çalışır. Eyni zamanda, baş nazir Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu və bunun böyük problemə çevrildiyini bildirir. İş o həddə çatıb ki, Paşinyan Mehridə baş verən əsgər qiyamından ciddi narahatlığını ifadə edir, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasını dilə gətirir, Ermənistan Müdafiə Nazirliyi və Baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verir".

V.Dərgahlı əlavə edib ki, D.Tonoyan bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir, bu da ölkəmizin ərazi bütövlüyünə qarşı rəsmi Yerevan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir:

"BMT-nin sülhün dəstəklənməsinə həsr olunmuş tədbirində iştirak edən bir müdafiə nazirinin erməni diaspor nümayəndələri ilə görüşdə bu cür təcavüzkar və irticaçı fikirlər səsləndirməsi Ermənistanın sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldilən beynəlxalq hüquq və normalara hörmətsizliyinin təzahürüdür. Nyu Yorkun erməni icması qarşısında çıxış edən Tonoyanın əsas məqsədi heç şübhəsiz onlarda çaşqınlıq yaratmaq, oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir".

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə qadirdir və hazırdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Qəhrəmanın anası koronavirusdan vəfat etdi - FOTO 12 Aprel 2021, 10:47 Həkimdən peyvənd olunanlara vacib MƏSLƏHƏT: “Çalışıb bunları edin!” 12 Aprel 2021, 10:41 Elektrik dirəyindən yıxılaraq ÖLDÜ 12 Aprel 2021, 10:39 Milli Konservatoriyada dərslər DAYANDIRILDI 12 Aprel 2021, 10:37 Yas mərasimində iştirak edən 5 nəfər məsuliyyətə cəlb olundu 12 Aprel 2021, 10:32 Sərhədsiz xeyirxahlıq və yaxşılıqlar sahibi - Sərhəd Qasımov 12 Aprel 2021, 10:27 Daha bir həkim koronavirusdan vəfat etdi 12 Aprel 2021, 10:22 Yevlax və Sabirabadda toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 10:17 Ötən gün 17 COVID-19 xəstəsi SAXLANILDI 12 Aprel 2021, 10:12 Deputat turizm mövsümü ilə bağlı qaydalara dəyişiklik İSTƏDİ 12 Aprel 2021, 10:06 Marketə çörək almağa gedən koronavirus xəstəsi YAXALANDI 12 Aprel 2021, 10:00 “Respublika” qəzetinə baş redaktor təyin olundu 12 Aprel 2021, 09:55 Lənkəranın məşhur restoranlarında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:49 Polisin işi artıb: toy mərasimləri ara vermir 12 Aprel 2021, 09:44 Neft yenidən bahalaşdı 12 Aprel 2021, 09:40 Ronaldo bu dəfə formasını yerə atdı 12 Aprel 2021, 09:34 “Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim” - Fəzail İbrahimli 12 Aprel 2021, 09:28 Qarabağ məsələsi Gürcüstan parlamentində 12 Aprel 2021, 09:24 “Şuşa” restoranında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:21 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 12 Aprel 2021, 09:18 Bakıda istirahət mərkəzində YANĞIN 12 Aprel 2021, 09:13 Beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqlədi: “Mənfi” 12 Aprel 2021, 09:10 Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı... 12 Aprel 2021, 09:06 Azərbaycanın ən uzun asma körpüsü tikilir - FOTO 12 Aprel 2021, 09:00 Bakıda avtomobilə silahla atəş açılıb - FOTOLAR 12 Aprel 2021, 08:37 Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ÖTDÜ 12 Aprel 2021, 08:30 Balakəndə gecə nişan mərasimi keçirənləri polis YAXALADI 12 Aprel 2021, 08:25 Bakıda azyaşlı bağlı qapı arxasında qalıb 12 Aprel 2021, 08:20 Samuxda toya gələn 14 nəfər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 08:15 Artıq çəki insanı bu təhlükədən QORUYUR 12 Aprel 2021, 08:07 Dünyanın koronavirus statistikası 12 Aprel 2021, 00:57 “2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq” - Tramp 12 Aprel 2021, 00:40 Hökumət başçısı 14 nazirlə Türkiyəyə gedir 12 Aprel 2021, 00:23 Əməkdar artist qardaşını və bacısını koronavirusdan itirdi 12 Aprel 2021, 00:07 Bakıda gənc oğlanı maşın vurdu 11 Aprel 2021, 23:55