Arxiv
2 Aprel 2019, 08:49 | DİASPOR
Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-da yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi

Ömür-gün yoldaşını başının tacı hesab edən xalq artisti, milli rəqslərin ustası, baletmeyster və pedaqoq Əminə Dilbazini yəqin ki, yaxşı xatırlayırsız. Bakı Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevi də inanıram ki, unutmamısınız. 

Bu gün sizə bu iki görkəmli şəxsiyyətin sevimli qızı, artıq iyirmi doqquz ildir ki, ABŞ-ın Florida ştatının Melburn şəhərində yaşayan Pərvin Muradova- Dilbazidən söhbət açmaq istəyirəm.

Pərvin xanım Bakı şəhərində dünyaya gəlib. 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. 1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 
1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb. 1994-1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb. 1995-ci ildə "Muradov Piano Studio" sunu açıb. 1996-1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib. Sonra bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib. 2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortopiano kafedrasını yaradıb. Hazırda həmin kafedranın professorudur…



…Ömür-gün yoldaşı Nazim Muradov kimya elmləri doktorudur. Florida Universitetinin professorudur. İki övladı var. Oğlu Orxan farmakologiya üzrə fəlsəfə doktorudur. Qızı İstər isə ikinci ali təhsil kimi Boston Tibb Universitetində oxuyur…


İndiyədək ABŞ-ın bir sıra ştatlarında, o cümlədən İsveç, İspaniya, Almaniya, İngiltərə, Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib. 2017-ci ildən isə "Musiqi, Təhsil və Autizm Fondu"nu yaradıb. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinə imza da atıb. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert də verib…


Deyir ki, uşaqlarla işləməkdən məmnundur: “Onların uğurları məni çox sevindirir. İstəyirəm ki, tədbirlərimizə Azərbaycanda autizmdən əziyyət çəkən istedadlı uşaqları da cəlb edim. Amma nədənsə hələ buna nail olmamışam"…


Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-da dərc olunan məşhur "Kim kimdir?" kitabına da salınıb. Müəllimlərin ali atestasiya müsabiqəsindən yüksək balla keçib. Bu elə bir nailiyyətdir ki, ABŞ-ın hər yerində müəllim işləmək hüququ verir…

Üzgüçülüklə məşğul olur, rəqsi sevir. Milli xörəklərimizi hazırlamağı xoşlayır. Tez-tez qonaqlıqlar təşkil edib amerikalı dostlarını, qonşularını evinə dəvət edir. Həm də "Floridanın Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin mədəniyyət işləri üzrə direktorudur. Bu cəmiyyətin xətti ilə ölkəmizi amerikalılara tanıtdırmaqdan ötrü xeyli işlər görüb…


Azərbaycana daim əmin-amanlıq arzulayır. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunmasını istəyir: "Elə bir zaman gəlsin ki, müharibə bitsin, insanlarımız yenə də Qarabağa istirahət etməyə gedə bilsinlər"…


ABŞ-a gəlmək istəyənlərə isə tövsiyəsi bu oldu: "Gəlsinlər, amma qarşılarına məqsəd qoyub gəlsinlər. Əgər bu cəmiyyətə qaynayıb qarışa, bir fərd kimi uğurlara imza ata biləcəklərsə,  çəkinməsinlər. Burada yorulmadan işləmək, çətinliklərə sinə gərmək tələb olunur. Necə deyərlər, səslərin içində sənin səsin tanınmayacaqsa, adi həyatı öz doğma ölkəndə də yaşaya bilərsən"…


Bəli, Cövdət Hacıyevlə Əminə xanım Dilbazinin Floridada yaşayan yadigarı Pərvin xanım haqqında da söhbətim beləcə başa çatdı. Sevgidən doğulanlar sevə-sevə yaşayırlar…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda biotəhlükəsizlik laboratoriyaları açıldı - FOTO 27 Fevral 2020, 23:41 Alimlər havasız yaşaya bilən canlı aşkarladılar 27 Fevral 2020, 23:22 Sabirabadda müəllimə bıçaqlandı 27 Fevral 2020, 23:06 Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq? 27 Fevral 2020, 22:48 Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb 27 Fevral 2020, 22:33 Bu ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatdı 27 Fevral 2020, 22:19 WhatsApp qruplarının təhlükəsizlik problemi 27 Fevral 2020, 22:01 “Ermənicə-Azərbaycanca lüğət” çap edildi 27 Fevral 2020, 21:46 İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir 27 Fevral 2020, 21:32 Avropadan Türkiyəyə qarşı gözlənilməz addım 27 Fevral 2020, 21:18 “Azərbaycan İranla sərhəddə səyyar  hospitallar təşkil edir”  - RƏSMİ 27 Fevral 2020, 21:02 Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib 27 Fevral 2020, 20:45 Azərbaycanlı şahmatçı birinci oldu 27 Fevral 2020, 20:29 “Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST 27 Fevral 2020, 20:14 Şura SƏLİS-ə yeni xidmətlər əlavə edəcək - FOTOLAR 27 Fevral 2020, 20:00 Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun” 27 Fevral 2020, 19:58 Azərbaycanda koronavirusa görə qərargah YARADILDI 27 Fevral 2020, 19:50 Mobil səhra laboratoriyası koronavirusla bağlı hazır vəziyyə gətirildi - Əhaliyə çağırış 27 Fevral 2020, 19:46 MŞ-da Xəzəryanı ölkələrin jurnalistlərinin görüşünün təşkili müzakirə olundu 27 Fevral 2020, 19:40 Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ 27 Fevral 2020, 19:29 İranda universitetlərdə də dərslər dayandırıldı - Koronavirusa görə 27 Fevral 2020, 19:16 Doğum gününü 4 ildən bir qeyd edən AZƏRBAYCANLILAR 27 Fevral 2020, 19:03 Partiyalar hökumətdən ofis istəyib – Pənah Hüseynin PA-dakı görüşünün sirrləri 27 Fevral 2020, 18:48 Rusiya sabahdan İranla hava əlaqəsini məhdudlaşdırır 27 Fevral 2020, 18:43 DİN və Baş Prokurorluqdan Yardımlıdakı cinayətlə bağlı AÇIQLAMA 27 Fevral 2020, 18:36 İranın vitse-prezidenti də koronavirusa yoluxdu 27 Fevral 2020, 18:18 Keçmiş səfir koronavirusdan öldü 27 Fevral 2020, 18:16 Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub - FOTO 27 Fevral 2020, 18:07 Sumqayıt hadisələri barədə obyektiv yazı erməniləri TƏŞVİŞƏ SALDI 27 Fevral 2020, 18:00 UNEC-də beynəlxalq konfrans - FOTO 27 Fevral 2020, 17:56 Pənah Hüseyn Prezident Administrasiyasındakı görüşdə 4 partiyanı təmsil edib 27 Fevral 2020, 17:50 BMU-də icbari tibbi sığorta  ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO 27 Fevral 2020, 17:44 MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİ 27 Fevral 2020, 17:44 Bakıda işıqların sönməsinin səbəbləri AÇIQLANDI 27 Fevral 2020, 17:38 Türk Hava Yollarının Naxçıvana uçuşları dayandırmasının SƏBƏBİ - deputat açıqladı 27 Fevral 2020, 17:32